2014-cü ildə keçiriləcək olan Futbol üzrə dünya çempionatının rəsmi restoranı olan “McDonald s” ilk dəfə olaraq hər zaman alışdığımız qızardılmış kartof üçün olan qablaşdırmasını fotbol mövzusuna uyğun olaraq dəyişdirdi.




Yeni qablaşdırmanın rəsmlərini küçə rəssamları yaradıb. Hər bir rəsm McDonald s Gol tətbiqi ilə əlaqədardır. Smartfonun kodunu Scan edən zaman istifadəçi virtual futbol meydançasına düşür və o mütləq “qol vurmalıdır”.


 


Tətbiqdə istifadə olunmuş texnologiya  FIFA
dünya kuboku ilə fotoşəkil çəkdirməyə və  öz simasını milli bayrağın rəngi ilə rəngləməyə imkan verir. Vurulmuş qolun mövzusu şirkətin eyni adlı yeni reklamçarxına həsr olunmuşdur. Laihəni The Marketing Store, DDB, Qualcomm Connected Experiences və Trigger təşkilatları hazırlamışdır.