Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb. 


 


Sözügedən nümayəndə heyətinə konqresmen Luis Qutierres (İllinoys ştatı), İllinoys  ştatının nümayəndələri Kennet Dunkan və Laşan Ford, səfir Cosef Paolino (Bill Klinton dövründə ABŞ-ın Maltadakı səfiri, Rod Aylend ştatı, Providens şəhərinin keçmiş meri), “I-Foods”un (Kaliforniya və Sidney) baş icraçı direktoru Şon Fetçko və aktyor və rəssam Entoni Kuinnin həyat yoldaşı Katerina Kuin daxil olub. Görüş ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və Azərbaycan və Amerika şirkətləri arasında inkişaf etmiş əməkdaşlığa həsr olunub.


 


“AmCham” haqqında:


 


Azərbaycanda “AmCham” - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.


 


“AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.


 


Web: www.amchamaz.org


Mail: chamber@amchamaz.org