Marketinqin ətraf mühiti anlayışı ilə hələ dərsliklərdən tanış olmuşuq. Bu haqda bir çox modellər mövcuddur. Bu dəfə onlardan ən sadə PESTEL modelini qısa açıqlayacağıq.
Marketinq mühiti haqqında bilirik ki, makro mühit marketinq menecerlərin verdiyi qərarlara təsir edir. Bu dəfə isə biz audit və xarici biznes mühitini qiymətləndirməyi öyrənəcəyik. Bunları etmək üçün bir sıra qısaltmalar mövcuddur. Məsələn: PEST (Siyasi / İqtisadi/ Sosial mədəni / Texnoloji ), PESTEL ( Siyasi / İqtisadi / Sosial mədəni / Texnoloji / Ətraf mühit / Leqal), SLEPT (İctimai / Leqal / İqtisadi / Siyasi / Texnoloji ), STEP (Siyasi / Texnoloji / İqtisadi / Siyasi) və LE-PEST, SPECTACLES-ə daxil olan başqaları. Onlar demək olar ki, eynidir. Aşağıda bir neçə nümunə ilə PESTEL analizlərini tamamlama detalları göstərilib.
SİYASİ (political)
Siyasi mühit, cari hökümətin xüsusi bir ərazi, ölkə ətrafinda cərəyan edir. Biz burada manufaktura və ya ticarət edirik, və həmçinin qanunlar, qanunvericilik həm daxili, həm də xarici bazarla birgə əməkdaşlıq edir. Əgər sizin dövlət sosial quruluşludursa, onda ola bilər ki, orada daha çox vergi vermək və ictimai sektora daha çox investisiya yatırmaq siyasəti hökm sürür. Digər tərəfdən, əgər sizin ölkə daha çox mühafizəkar və respublika quruluşundadırsa, onda orada azad ticarət nəzarət altındadır, vergilər azdır və burada ictimai sahə cox az inkişaf edib.
İQTİSADİ (economical)
Iqtisadi mühit bütün biznes sahələrinə birbaşa təsir edir. Aydındır ki, əgər siz marketinq sahəsini öyrənirsinizsə, onda mövzuda iqtisadiyyatın çox böyük bir elementi var və siz iqtisadiyyatın prinsiplərinə biganə qalmalı deyilsiniz. Marketinq mühiti haqqındakı bilgilərdən öyrənmişik ki, burada, makromühit, xarici mühit və mikromühit var.
SOSİAL MƏDƏNİ (social)
Sosial mədəni mühit, xalq və cəmiyyət arasında nəyin sosial və nəyin mədəni olduğunu təcəssüm etdirir. Və hər ölkə, hər millət üçün dəyişir. Əgər Siz biznesinizin olduğu ərazidə həmin yerin qayda-qanunlarına uyğun hərəkət etmirsinizsə, o halda uğuru şübhə altına almış olursunuz.
TEXNOLOJİ (technological)
Texnoloji faktorlar, coxşaxəli təsiredicidirlər. Gəlin, demək olar ki gündəlik təmasda olduğumuz texnologiya növləri haqqında düşünək. Android və iphone kimi ağıllı telefonlar artıq ümumiləşib və bizim harada olmağımızdan asılı olmayaraq istənilən məlumatı, ünsiyyəti əldə edə bilirik. Dərs oxuduğumuz vaxt və ya işdə biz PC-lər və internet vastəsilə dünyanın müxtəlif yerlərindən istədiyimiz məlumatı ala bilirik.
Texnologiya həmcinin biznes proseslərini də əhatə edir. Müştəri xidməti şöbəsi ünsiyyət texnologiyasını müştərilərlə danışmaq üçün, daxili sistemlərə giriş üçün istifadə edəcək, məsələn, kredit nəzarətini sadələşdirmək üçün ola bilər. Texnologiyaya aid çoxlu başqa misallar vardır.
ƏTRAF MÜHİT (environment)
Ətraf mühit və marketinq, müştərilərə xidmət zamanı bir-biri ilə qarşılıqlı əlaqədə olur. Burada ətraf mühit hərəkəti vardır ki, o biznes sahələrinə, dövlətlərə təzyiqi artırır. Şirkətlərin daxili və xarici tərəfdən necə yaşıl olmaları haqqında çoxlu misallar var, manufakturanı çıxış etməklə, daha davamlı gələcək layihələşdirməklə. Ətraf mühitə yanaşma bu günün taktikasına müəyyənləşsə də, ancaq sonda biznesin strateji siması ilə əlaqəndiriləcək.
LEQAL (legal)
Marketinq xariciləşəndə sizin biznes yerli bazar çərçivəsində hesab qanunlarına daxil olmağa məcbur olacaq. Məsələn, Mərkəzi Avropa və ABŞ – da maşınlar sol tərəfdə sürülmək üçün nəzərdə tutulub, ancaq Yaponiya və Birləşmiş Krallıqda sağ tərəfdə idarə olunma üçün nəzərdə tutulub və yerli bazara bu cür maşınlar çıxarılır. Bu yerli tələbdir. Müxtəlif ölkələrdə maksimum sürət həddi və nəqliyyat vasitələrinin təhlükəsizlik reytinqi, həmçinin digər qanunlar və kodlar da müxtəlifdir. Ona görə də biznesinizin olduğu yerin tək sosial-mədəni qaydalarını deyil, eyni zamanda qanunlarını da yaxşı öyrənmək lazımdır.