Innovation kateqoriyası “Cannes Lions Festivalı 2014”də yalnız bir il əvvəl təqdim olunub - 2013-cü ildə. Həmin kateqoriyada yaradıcı komandaların yeni texnologiya və yeniliklər sayəsində həyata keçirdiyi işlər mükafatlandırılır.
Artıq festivalın rəsmi internet saytında Innovation kateqoriyasına 30 işin daxil olduğu qısa siyahısı elan olunub. Onların içərisində Y&R Moscow təşkilatının hazırladığı Azərbaycanın mobil rabitə operatoru “Nar Mobile”ın də reklam çarxı var.
Xatırladaq ki, Nar Mobile ölkədə qan donorlarının çatışmazlığı problemini həll etmək qərarına gəldi. Reklam layihəsi öncəsi yeni və patentləşdirilmiş və bir telefonu digəri ilə şarj etməyə imkan verən kabel bilərzik hazırlandı. Layihənin şüarı isə belədir: “Enerjini bağışlamaqla telefonu xilas et və qan bağışlamaqla insan həyatını xilas et”. Donorlardan toplanan qan miqdarı 335% artıb.