Müştəri məmnunluğunu artırmaq məqsədilə “Bank of Baku” “Mene zeng et” kommunikasiya xidmətini işə salıb. Banka hər-hansı təklif və sorğusu olan şəxs SMS ilə “Mene zeng et” yazıb 8145-ə göndərə bilər.
Bu mesajı alan bank nümayəndəsi qısa müddətə ismarıc sahibinə zəng edərək onu dinləyib müraciətini araşdıracaq.
Yeni kommunikasiya vasitəsi xüsusən yaxınlığında şəhər telefonu və internetə girişi olmayan şəxslər üçün çox faydalı olacaq. Standart SMS vasitəsilə müştəri bankla əlaqə qurmuş olacaq. Zəngə görə danışıq haqqını bank ödəyəcək.
Daha ətraflı:
145 Məlumat Mərkəzi