“Avaya” dünya üzrə müasir texnologiyaya malik rabitə sistemidir. Bu telekommunikasiya sistemi bank, sığorta, zavod və fabriklərdə, xəstəxanalarda, aeroportlarda, tikinti şirkətlərində, habelə iri və kiçik kompaniyalarda biznesin qüsursuz inkişafı üçün geniş istifadə olunur.
“Avaya” birləşmiş şəbəkələr, əlaqə və məlumat mərkəzi olaraq, malik olduğu məhsulları ilə dünya miqyaslı şirkətlər arasında rabitə həllərində özünə məxsus yer tutur.
“Avaya” şəbəkələr sistemi iş prosesinin effektliyini, müştəri xidmətlərinin keyfiyyətini və rəqabətçiliyi artıran bir vasitədir. “Avaya” tərəfindən təqdim olunmuş sistem və xidmət Sizə ən çətin məsələlərin həllinə imkan verir, hətta iş personallarının səmərəliyini də artırır. Siz “Avaya”nın vasitəsilə şirkətinizin daxili strukturunu düzgün qurub həm vaxtınıza, həm də xərclərinizə qənaət edərək müştərilərinizin sayını artıracaqsınız.
“Avaya” Sizə dəstək olaraq şirkətin idarəolunma səviyyəsinin maksimuma çatdırılmasına, müştərilərə düzgün və daha komfortlu xidmətin göstərilməsinə, çatışmamazlıqların araşdırıb üzə çıxarılmasına, daxili iş prosesinin yüksək səviyyədə aparılmasına, rabitə əlaqələrinin yerindən asılı olmayaraq daha tez yaradılmasına, əməkdaşlarınızın ofisdən çıxmayaraq və yaxud bir başqa məkanda olarkən biznes görüşlərinin telekommunikasiya sisteminin vasitəsilə vizual olaraq yaradılması kimi bir səra edə bilmədiklərinizi həyata keçirməyə imkan yaradır.
“Avaya” ilə Siz öz kommunikasiya sisteminizin imkanlarını genişləndirə bilərsiniz. Bu möhkəm, etibarlı və təhlükəsizliyi tam təmin edən telekommunikasiya sistemi ilə mobil cihazların vasitəsilə biznes əlaqələrinin düzgün və dəqiq şəkildə həyata keçirilməsi, video görüntülərin imkanlarının genişləndirilməsi kimi işinizə uğur gətirən proseslər etmək mümkündür. Müştəri xidmətlərinin idarəedilməsi sahəsində isə müştərilərinizin əməkdaşlarınızla olan danışıqların hər bir detalını analiz edərək onların tələblərini aşkarlayıb, müraciətçinin istəklərinə uyğun düzgün addımlar atmağa imkan yaradır.
“Avaya” şəbəkələr sisteminə qoşularaq Siz nəinki oturduğunuz ofisdə komputerlərinizin imkanlarından faydalanacaqsınız, hətta mobil cihazlarınızın vasitəsilə də bir neçə əməkdaşlarınızla tez, təhlükəsiz və görüntülü bağlantı edərək biznes əlaqələri yarada bilərsiniz. Beləliklə, malik olduğunuz “Avaya” telekommunikasiya sistemi ilə heç bir çətinlik olmadan əməkdaşlarınız eyni vaxtda biznes əlaqələrini qurarq birgə işləyə bilərlər. “Avaya”nın digər əsas imkanlarından biri də hər bir əməkdaşın iş fəaliyyətinin keyfiyyətinin üzə çixarılmasıdır.
Ofis daxili və xarici, hətta başqa bir ölkələrdə əməkdaşlarınızın gördükləri bütün iş proseslərin nə vaxt və necə olması haqda aparılan qeydləri bir düymə ilə nəzərdən keçirə bilərsiniz. Bu sistem vaxtınıza qənaət edərək görülən bütün iş proseslərini avtomatik olaraq qeydə alır. Siz bu texnikanın vasitəsilə şirkətininzin inkişafını artırib, müştəri xidmətlərinin idarə olunmasını gücləndirərək ən iri şirkətlərdən biri ola bilərsiniz.
Hal-hazırda “Avaya” telekommunikasiya sistemindən Kanada, İngiltərə, İsveçrə, Almaniya, Fransa, Dubay, Rusiya, Qazaxıstan, Türkiyə və bir sira ölkələrin bank və sığorta şirkətlərində, otellərdə, restoranlarda, holdinqlərdə, zavod və fabriklərdə geniş istifadə olunur.
Misal üçün xarici ölkələrdə fəaliyyət göstərən “General Electric”, “Ford”, “Hilton”, “Boeing”, “Bosch”, “sa SafeAuto” İnsurance, “Branson” Aeroportu, “National bank of Abu Dubai”, bizə yaxın qonşu olan ölkələrdən isə bank “Moskva”, “Sochi-2014” qış Olimpiadası, “Türkcell”, “Türk Telekom”, “McDonalds”, “Arçelik”, “Vestel”, “Acıbadem Hastanesi”, “DünyaGöz” klinikası, “Akbank”, “Kanal D” kimi şirkətlərin adlarını çəkmək olar. Odur ki, Siz də “Avaya” telekommunikasiya sisteminə qoşulun və ən güclü şirkətlərdən biri olun.