“UĞUR” Milli Mükafatının 2013-cü il üzrə nəticələri iyunun 4-də, “Jumeirah Bilgah Beach” mehmanxanasında təntənəli şəkildə elan olundu. Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış şirkətlər və dövlət strukturları layiq görüldülər.
Laureatlar, “Consulting&Business” jurnalının tərkibində fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən on yeddi nominasiya üzrə müəyyən olunmuşdu. Nominantların seçimi bir neçə ay davam etdi.
Mükafatın Təşkilat Komitəsi il ərzində ölkənin iqtisadi və sosial həyatında mühüm rol oynayan, ölkənin iqtisadi yüksəlişində əməyi olan şirkətləri seçərək, onları ictimaiyyətə təqdim etdi. Təsadüfi deyil ki, “UĞUR” mükafatının builki laureatları arasında ölkə iqtisadiyyatında keyfiyyətli məhsulları və xidmətləri, qabaqcıl texnologiya və innovasiyaları ilə seçilən, etibarlı işəgötürən statusu qazanan və sosial məsuliyyətli biznes nümayəndələri təmsil olunurdular.
“UĞUR” Milli Mükafatının laureatları |
Nominasiyalar |
“Azərsu” ASC
|
Su təchizatı sahəsində dövlət strategiyasının həyata keçirilməsinə verdiyi töhfəyə görə |
Asan Xidmət
|
Səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə
|
“Bank of Baku” ASCi |
Azərbaycanda pərakəndə bank xidmətləri bazarının lideri. Bolkart - ən uğurlu kredit kartı. |
“Synergy Group” ASC |
Azərbaycanda regionların sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə |
“Amrahbank” ASC |
Bankın uğurlu inkişaf strategiyasına görə |
"Aqro-Azərinvest" MMC |
Şərabçılığın inkişafına verdiyi töhfələrə görə |
“Meqa Sığorta” ASC |
Ən dinamik inkişaf edən sığorta şirkəti |
“Caspian Telecom” MMC |
“Korporativ sektorda telekommunikasiya, kabel televiziyası və internet xidmətlərinin göstərilməsində əldə olunan nailiyyətlərə görə" |
Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkəti
|
Azərbaycanın televiziya məkanında reallaşdırdığı qlobal layihələrə görə |
“Camal Ltd” |
Azərbaycanda qida məhsullarının istehsalında beynəlxalq standartların tətbiqinə görə |
"Ovçular ət və ət məhsulları" MMC
|
Qida sənayesinin inkişafına verdiyi töhfəyə görə |
12. Memar |
Fərdi memarlıq layihələrinin icrasında əldə olunan nailiyyətlərə görə |
13. “AzServices” MMC |
Keyfiyyət nişanı. Hi-tech |
14. “Atlant” MMC |
Azərbaycanda otelçilik biznesinin inkişafına verdiyi töhfələrə görə |
15. TREND İnformasiya Agentliyi
|
“İnformasiya və analitika sahəsində beynəlxalq miqyaslı töhfələrinə görə |
16. “Azad Azərbaycan” radiosu-106.3 Fm
|
Maarifləndirmə və milli musiqinin təbliğinə verdiyi töhfələrə görə |
17. Jumeirah Bilgah Beach Hotel
|
Ən yaxşı kurort Spa otel |
Qeyd edək ki, “UĞUR” Milli Mükafatı 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır. Ölkədə sahibkarlığın və işgüzar mühitin inkişafına, şirkət və qurumların nüfuzunun yüksəlməsinə, korporativ sektorda rəqabətin artmasına xidmət edən bir təsisat kimi tanınan “UĞUR” Milli Mükafatı hər il təqdim olunur. Xüsusilə vurğulamaq yerinə düşər ki, 14 il ərzində mükafatın laureatları arasında yalnız yerli şirkətlər deyil, həmçinin Azərbaycanda fəaliyyət göstərən transmilli kompaniyalar da təmsil olunublar.