Mövzuya başlamazdan əvvəl qeyd edim ki, öz dilimizdə olmayan mövzu başlıqlarını heç sevmirəm. Ancaq az sonra görəcəyiniz nəzəri şərh üçün bizim marketinq lüğətində çox təəssüf ki, “dark” sözünün qarşılığı yoxdu.


Əslində “Qara Marketinq” başlığından və ya “Qaranlıq” sözündən, yaxud “Örtülü Təqdimat” kimi başlıqdan istifadə edə bilərdim. Gördüyünüz kimi etmədim.


Marketinqin vətəni Amerika yenə də öz bildiyini etdi. Anlayış üçün təsviri onlar illər öncə tapıblar. Başqa sözlə, hərəkət ilə əvvəlcədən ziddləşmənin və mövzunu çətinləşdirməyin heç bir mənası yoxdu. Dark Marketing, marketinq dağarcığında radara yaxınlaşmadan təqdimat etmək mənasını bildirir. Bu xüsusi yöntəm, başda siqaret və içki markaları olmaq şərtilə, xətt üzərində olmaması gərəkən şirkətlərin gəlir əldə etmək üçün münasib gördükləri və daha çox görünməz ünsiyyət texnikalarına malik olduqlarını göstərir.


Məsələn, Türkiyədə hər kəs içki və siqaret istehlakından bəhs edən hüquqi baryerlərdən söz edərkən, bu hiyləgər marketinq texnikasını lupa altına almaq lazımdı. Hətta çox yaxında bu sistemin daha da qaranlığa çəkiləcəyi dəqiqləşib belə. Azərbaycanda isə bu sahənin reklamları bəlli bir saatda, əsasən gecə vaxtları tv kanallarda verilir, amma onun “dark” olması sadəcə reklamın gecə verilməsi ilə məhdudlaşır, dark marketinq yanaşması isə qətiyyən tətbiq edilmir. Halbuki dünyada bunun nə qədər kreativ örnəkləri mövcuddur.


Əslində spirtli içki və tütün məhsullarının hüqüqla bu məcazi mənada olan savaşı yeni bir mövzu deyil. 19-cu əsrin ən böyük reklamçıları olan siqaret və içki markaları, əsrin ikinci yarısından artıq görünmürlər. ABŞ-ın insanlar tərəfindən ən diqqətlə qarşılanan verilişlərindən biri olan “Reader”s Digest” - 50-ci illərin əvvəlində siqaretin insan sağlamlığına zərərli olduğu məlumatını alan kimi bunu insanlarla bölüşdü. Şoka düşən tütünsevən amerika xalqı uzun müddət özlərini qınağa çəkmiş, sonda acı həqiqəti qəbul etməyə məcbur olmuşlar.