İnformasiya və kommunikasiya texnologiyaları böyük perspektivləri olan və daim inkişaf edən bir sahədir. 2003-cü ildə İKT sahəsinin inkişafı üzrə qəbul olunmuş milli strategiyanın icrası sonradan isə “Elektron Azərbaycan” proqramının tətbiqi, bu sahənin ölkəmizdə inkişafını sürətləndirən amillərdən olmuşdur.
Azərbaycanda İKT sahəsinin inkişafında 1997-ci ildən bəri fəaliyyət göstərən Caspian Telecom şirkətinin də xüsusi rolu var. Şirkət ölkəmizdə günişzolaqlı fiber-optik şəbəkəyə malikdir və müxtəlif İKT xidmətləri göstərir.
Caspian Telecomun müştəriləri arasında dövlət qurumları, banklar, sığorta şirkətləri, otellər və digər iri qurumlar yer alır və şirkətin fiber-optik internet, fiber-optik ayrılmış xəttlər və Ethernet, VPN, SWIFT, IP telefoniya və digər xidmətlərindən yararlanırlar. Ölkəmizdə İKT sahəsinin inkişafının əsas prioritet istiqamətlərindən biri tam olaraq rəqəmsal yayıma keçid və bütün ölkə üzrə geniş zolaqlı fiber-optik internet şəbəkəsinin qurulmasıdır.
Bu strategiyaya arxalanaraq, Caspian Telecom şirkəti 2010-cu ildən Ailə TV brendi altında rəqəmsal kabel televizyası, 2011-ci ildən isə Ailə NET brendi altında internet provayder xidmətləri göstərməyə başlayıb. Görülən işlər nəticəsində, Ailə NET internet provayderinin əhatə dairəsinə qısa zamanda Bakı şəhərinin, Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı rayonu, o cümlədən Bakıxanov və Hövsan qəsəbəsi, Səbail rayonun bir hissəsi, Gəncə şəhəri, eləcə də Yeni Gəncə qəsəbəsi daxil edilmişdir.
CaspianTelecom öz xidmətlərinin müştəriləri üçün daha mükəmməl olması məqsədi ilə səylə çalışır və mütəmadi olaraq müxtəlif güzəştli aksiyalar keçirir. Yaxın gələcəkdə şirkət əhatə dairəsinin genişləndirilməsilə barabər təqdim olunan xidmət növlərinin də sayının artırılmasını və ən son, qabacıl texnologiyaların tətbiqini planlaşdırır, bu da göstərilən xidmət səviyyəsinin yüksəldilməsi ilə birgə şirkətin inkişafının prioritet istiqaməti hesab olunur.