“British Airways” aviaşirkəti mobil qurğular vasitəsilə aviabilet sifariş edən sərnişinlərin sayını son iki il ərzində 290% artımını görərək, smartfonlar üçün ən qabaqcıl mobil əlavəni istifadəyə verib.


 


Sözügedən servis bir düymənin toxunuşu ilə şəxsi, vacib və təcili məlumatı əldə etmək imkanını yaradır. Müştərilərin səyahətlərini asanlaşdıran pulsuz əlavəni ba.com/apps veb-saytından yükləmək mümkündür.


 


Əlavə Böyük Britaniya, Avropa, Asiya və ABŞ-da geniş tədqiqatlar nəticəsində hazırlanıb ki, “iPhone” və “Android” istifadəçiləri bu əlavədən yararlana bilər. Əlavə hazırlanarkən, ən müfaviq informasiyanı ekranın yuxarısında yerləşdirməklə, müştərilərin tələbləri nəzərə alınıb. Ekranın fonu gələcək uçuşun informasiyası əsasında qurulur və səyahətin mərhələsindən asılı olaraq yerin seçimi imkanını, hansı və təyinat yerinin hava şəraitini müştərinin diqqətinə çatdırır.


 


Yeni əlavə“British Airways”aviaşirkətinin müştərilərinə sifariş aspektini istər yolda, havada və ya evdə idarə etmək imkanını yaradır. Mobil əlavə vasitəsilə müştərilər yer seçib, sifarişi dəyişib, “Executive Club”un hesabını idarə edib və “online” qeydiyyatdan keçə bilərlər. Son 3 il ərzində“British Airways”ın mobil minik talonundan istifadə 650%-dən çox artıb və yeni əlavə müştərilərə daha asan mobil minik talonundan istifadə etmək imkanını yaradır.


 


"British Airways aviaşirkəti müştərilərəyardım etmək üçün yeni texnologiyaların yarıdılması və tətbiqi sahəsində uzun tarixə malikdir. Son mobil əlavəmiz müştərilərimizəən mühüm məlumatları bildirmək üçün daha bir əlverişli üsuldur”, - deyə ba.com-un rəhbəri Kevin Makgilan bildirib. Yeni ba.com mobil əlavənin işə salınması aviaşirkətin müştəriləri üçün rahatlığı təmin etmək üçün “British Airways”ın öhdəliyinə götürdüyü yeni təyyarələrə, kabinələrə, yaraşıqlı zallara və yeni texnologiyalara yatırdığı 5 mlrd. funt sterlinq həcmindəinvestisiyaların bir hissəsidir. Mobil alavəni hazırda “iTunes App Store” və “Android Market”də pulsuz yükləmək mümkündür. Əlavəni yükləmək üçün linki birbaşa ba.com/apps-da tapmaq olar.


 


“British Airways” haqqında:


 


Yay mövsümində  “BritishAirways” həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.


“British Airways” - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti  əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.


“British Airways” hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.


Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib  4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.


“British Airways” yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.


 


Əlavə məlumat üçün “British Airways” aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət edə bilərsiniz.


Тel: (012) 436 85 09


E-mail: info@redcom.az