“ABŞ”ın “Insurance Auto Auctions” şirkəti (IAA) ölkə üzrə səlahiyyətini “IAA Motors Azerbaijan Branch” şirkətinə verərək, Azərbaycan bazarına daxil olur. Bu gün Bakıda layihənin başlanmasına dair təqdimat keçirilib.
Şaxələnmiş şəbəkəyə, geniş alıcı bazası və hərrac iştirakçıları arasında ən yüksək mənfəətə malik olan IAA Şimali Amerikada işlənmiş avtonəqliyyat vasitələrinin satışı üzrə liderdir. Şirkətin əsas fəaliyyəti işlənmiş avtomobillərin satışları üzərində cəmlənib.
ABŞ və Kanadanın müxtəlif yerlərində IAA-yə məxsus 150 meydançada alıcılar müxtəlif kateqoriyalı avtomobillərin alınması və rəsmiləşdirilməsinə dair optimal həllər tapa bilər. “Canlı, onlayn və etibarnamə ilə keçirilən hərraclarda bizim uyğunlaşdırılmış sxem müştəri bazasıvə müxtəlif lotlarla birgə iştirakçılara hər bir satışdan rekord mənfəət gətirir. Bu sahədə 25 ildən artıq vaxt ərzində biz işlənmiş avtonəqliyyat hərracları barədə tam və dolğun məlumat əldə etmişik.
Şirkətin 1982-ci ildə təsis olunmasından etibarən, alıcılar üçün ən yaxşı qiymətlər, satıcılar üçün isə mənfəət zəmanəti verərək, biz işlənmiş avtonəqliyyatın hərracları sahəsində lider mövqedə qərarlaşmışıq”, - deyə IAA-nin vitse-prezidenti Den Oskarson bildirib. Azərbaycandan olan potensial alıcılar IAA-nin Azərbaycandakı səlahiyyətli nümayəndəliyin - “IAA Motors Azerbaijan Branch” şirkətinə - müraciət edərək, hərrac çərçivəsində sərfəli qiymətə avtomobil, xüsusi texnika, motosiklet və su nəqliyyatını topdan və ya pərakəndə şəkildə əldə edə bilərlər.
Çoxsaylı satıcılarla (sığorta şirkətləri, dilerlər, avtomobillərin kirayəsi və lizinqi ilə məşğul olan şirkətlər) birgə IAA şirkəti işlənmiş avtomobillərin satışlarının effektliyinin artırılması üzrə işlər aparır. Hərrac meydançalarının geniş şəbəkəsi və hərracların keçirilməsi üzrə kombinasiya edilmiş sxem sayəsində avtomobillər daha tez və optimal qiymətlərlə realizə olunur.
“Biz Azərbaycan avtomobil həvəskarlarına yeni və işlənmiş avtomobillər, motosikletlər, xüsusi texnika, yük nəqliyyatı, qayıqlar, yaxtalar, katerlər vəhidrosikllar təklif edirik. Bundan başqa, biz müştərilərimizə hərraclardan və dilerlərdənavtotexnikanın əldə olunmasında yardım, ABŞ-da avtomobillərin axtarışı, “CARFAX” və “Autocheck” bazaları üzrə yoxlanış, alınmış nəqliyyatın dəniz vasitəsilə çatdırılması, Azərbaycan ərazisində gömrük prosedurları kimi xidmətləri göstərəcəyik. IAA-nin əsas üstünlüyü alınan avtomobil və ya digər texnikanın texniki vəziyyəti barədə dolğun və şəffaf məlumatın təqdim olunmasıdır”, - deyə “IAA Motors Azerbaijan Branch” şirkətinin direktoru Ruslan Manquşev vurğulayıb.
Qeyd etmək lazımdır ki, “IAA Motors Azerbaijan Branch” şirkəti alışı əsas hərraclardan həyata keçirir. Alıcı avtomobili seçib və münasib qiymət barədə “IAA Motors Azerbaijan Branch”a bildirməlidir, bundan sonra şirkətin əməkdaşları alıcının adından hərracda iştirak edəcək. Müştərinin istəyindən asılı olaraq, hərracdan bir neçə gün öncə təcrübəli mexanik avtomobilə əsaslı surətdə baxış keçirəcək. Hərrac başa çatdıqdan sonra şirkət 7-9 həftə ərzində avtomobili alıcıya çatdıracaq. “Ziddiyyət yarananda biz güzəştə gedirik və müştərinin xeyrinə qərar çıxarırıq, buna baxmayaraq, sifarişçilərdən istəklərini obyektiv qiymətləndirmələrini xahiş edirik”, - deyə R.Manquşev əlavə edib.
“IAA Motors Azerbaijan Branch” şirkəti ən geniş avtomobil seçimini təklif edir və alıcıya avtomobili hərrac və ya avtosalonda olduğu vəziyyətdə çatdırılmasını öhdəsinə götürür. Bundan başqa, şirkət avtomobilin komplektasiyası və yürüşü hərrac vərəqəsində qeyd edilən məlumatla uyğun gələcəyinə, həmçinin, vaxtında və olduğu kimi, lazımi sənədlərlə gətiriləcəyinə zəmanət verir. www.iaa.az