“Microsoft Azerbaijan” şirkəti Azərbaycanda “Windows Phone” əməliyyat sistemi əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisi istifadəyə verilməsini elan edib. “Baku ATM” mobil əlavəni “Windows Phone” istifadəçiləri üçün “Safaroff Creative Agency” tərəfindən hazırlanıb və təqdim olunub.


 


Bu servis onlayn rejimində mobil telefon və ya smartfon vasitəsilə ən yaxın bankomatı aşkar etmək, həmçinin, ölkənin konkret regionunda bankomatlar haqqında məlumat almaq imkanını yaradır. Sözügedən mobil əlavə ölkənin bankomat şəbəkəsini əhatə edir ki, buraya “Windows Phone” istifadəçiləri üçün 1 mindən çox bankomat haqqında məlumat daxildir. Mobil əlavəni “Windows Phone” marketində (“Marketplace”) pulsuz yükləyib, quraşdırmaq mümkündür.


 


“Microsoft” haqqında:


 


1975-ci ildə təsis edilmiş “Microsoft” Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.