Nettrends 2014-cü ilin iyun ayı üçün bank, sığorta sektorları və mobil operatorlar haqqında Azərbaycanın xəbər saytları və çap mediasında yer alan xəbərlərin sayını elan edib.
Azərbaycanın internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2014-cü ilin İyun ayının yekunlarını açıqlayıb.
Təqdim edilən rəqəmlər müvafiq adların yerli mediada Azərbaycan, rus və ingilis dillərində 170-dən çox xəbər saytında və gündəlik qəzetlərdə dərc edilmiş məqalələrin analizinə əsasən müəyyən edilib.
Mobil operatorlar arasında 50 %-la “Azercell”, sığorta şirkətlərində isə 12 %-la “Atasığorta” liderdir.
Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır.
Sosial şəbəkələrdə:
facebook.com/nettrendisaz
twitter.com/nettrendsaz
linkedin.com/company/nettrends