Bakı 2015 Avropa Oyunları Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" ilə yarışların rəsmi mobil telekommunikasiyalar xidməti təminatçısı olması haqqında müqavilə imzalayıb.


 


Müqaviləyə əsasən Nar Mobile şirkətinin ilk Avropa Oyunlarını Azərbaycanın bütün ərazisində geniş şəkildə reklam edən ilk milli tərəfdaş olması nəzərdə tutulur. Nar Mobile şirkəti çox platformalı reklam kampaniyaları vasitəsilə oyunlar ilə bağlı məlumatlılığı artıracaq.


 


Həmin reklam kampaniyalarına mobil operatorun öz müştəriləri üçün idman yarışlarına bilet qazanmaq imkanları da daxil olacaqdır. Azərbaycan Respublikasının İdman və Gənclər naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru cənab Azad Rəhimov demişdir: “Bu, ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə Nar Mobile şirkətinin telekommunikasiyalar sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilədir.


 


“Azərbaycan şirkətlərinin həm Bakı şəhərinə, həm də bütünlükdə Azərbaycana uzun müddətli fayda bəxş edəcək innovativ və inkluziv yarışların hazırlanmasına cəlb edilməsi önəmli hal hesab olunur". Yaradıldığı tarixdən bu günə kimi Nar Mobile şirkəti iri miqyaslı sosial təşəbbüslər göstərmiş və milli incəsənət, mədəniyyət və idman sahələrini təbliğ etməklə bir çox layihələrin həyata keçirilməsinə dəstək göstərmişdir.


 


Bundan əlavə, mobil operator tariflərə qoyduğu müstəsna qiymətlərlə və müştərilərə yüksək səviyyəli xidmətlər göstərməklə onların ehtiyaclarını qarşılamaqda davam edir. Nar Mobile şirkəti, eyni zamanda, müştərilərinin özlərini Avropa Oyunlarında istirakçi kimi hiss etmələri üçün onları oyunlara cəlb etmək ve qarşılıqlı əlaqə yaratmağa kömək etmək məqsədilə öz innovativ şəbəkələrindən istifadə edəcəkdir.


 


Nar Mobile şirkətinin Baş İcraçı Direktoru cənab Kent Maknili demişdir: “Avropa Oyunları Azərbaycanda yaşayan hər kəsin zövq alacağı və bir hissəsi olmaq istəyəcəyi heyrətamiz idman yarışları olacaq. “Biz müştərilərimizin öz irsləri və milli idmançıları ilə fəxr etdiklərini bilirik və Azərbaycan tarixinə önəmli anlar kimi daxil olacaq Oyunlar ilə bağlı bu cür əhəmiyyətli rolu oynamaq bizim üçün şərəfdir. “Avropa Oyunlarının həm idman, həm də texnoloji baxımdan innovativ idman yarışları olmasını təmin etmək üçün biz texniki imkanlara və texnoloji yeniliklərə malikik.”


 


Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqdemişdir: “Bakı 2015 Avropa Oyunları ilə əlaqənin saxlanmasına kömək nöqteyi-nəzərindən Nar Mobile şirkəti ilə müqavilənin bağlanması gözəl haldır. “Oyunlar baxımından və bizim işimizə dəstək göstərməsi üçün Nar Mobile şirkətinin texniki imkanlara və bilik və təcrübəyə malik olması baxımından böyük əhəmiyyət kəsb edən telekommunikasiyalar geniş əməliyyatlar hesab olunur.” 


 


Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq. Bakı 2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir. Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq.


 


Həmin idman növlərinə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir. Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin Dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.


 


Nar Mobile



 


Nar Mobile mobil operatoru 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Son 2,5 il ərzində Nar Mobile orta hesabla illik 20% yüksəliş nümayiş etdirərək Azərbaycanın ən böyük sürətlə inkişaf edən mobil operatoru olmuşdur. Mobil operatorun şəbəkəsi geniş əraziyə yayılmış və ölkə əhalisinin əksər hissəsini əhatə etmişdir. Yarandığı ilk gündən özünün münasib qiymət siyasətinə sadiq qalan Nar Mobile müştərilərinə cəlbedici tariflər təqdim etməklə onlara müstəsna dəyər verir.


 


Əlverişli danışıq tariflərindən başqa, mobil operator müştərilərinə geniş seçim imkanı verir, ən sərfəli İnternet paketləri təklif edir və bütün rouminq zonaları üçün vahid qiymət tətbiq edir. Nar Mobile daima inkişafda olan şəbəkəsi, müstəsna tarifləri və abunəçilərinə göstərdiyi xidmətlərlə müştərilərin ehtiyaclarını ən yüksək səviyyədə qarşılamağa davam edir.