Son illərdə xüsusilə aktivlik göstərən Azərbaycan marketerləri bir sıra uğurlara imza atdılar. 2 ildir ki, ardıcıl olaraq keçirilən Milli Marketinq Forumu, Facemark, FMR TV kimi layihələr, 3400-dən artıq üzvü olan Marketinq Azərbaycan facebook qrupu buna əyani sübutdur. 


 


Bütün bu uğurların təməlində insanların bir-birini tanıması, ünsiyyət qurması durur. Məhz bu amil insanları bir-birinə yaxınlaşdırdı, birgə iş görməyə sövq etdi. 


 


İnsanların bir-birini tanımasının, əməkdaşlığının bünövrəsi isə çay və ya yemək süfrələri arxasında baş verdi. 3 il öncə ilk dəfə Ramazan ayında, iftar süfrəsi arxasında toplaşan marketerlər bu ənənəni yaşatdılar. Nəticə isə göz qabağındadır. İcma böyüməkdə və güclənməkdədir. Bu il də bu gözəl ənənəni yaşatmaq üçün Marketinq Azərbaycan qrupu olaraq marketerləri iftar süfrəsi arxasında yığmaq qərarına gəldik.


 


“MARKETİNİN İFTARINDA İFTAR MARKETİNQİ” adı verilmiş bu görüş sayca 3-cü iftar görüşümüz olacaq. Bu gözəl gündə iftar süfrəsi ətrafında toplaşacaq olan marketinq əhlini bol-bol ünsiyyət, yeni-yeni tanışlıqlar və birgə xoş anlar gözləyir...


 


Onu da qeyd edək ki, bu dəfəki görüş yerimiz ölkəmizdə cəmi bir neçə aydır ki, fəaliyyət göstərməsinə rəğmən özünə çox böyük auditoriya toplamağı bacarmış “ÖzSüt” restoranıdır. Bol çeşidli iftar menyumuzun qiyməti isə 15 manatdır. Üstəlik, iştirakçılar üçün parkinq pulsuzdur. Ödəniş yerində ediləcək. Sadəcə olaraq, gələrkən qeydiyyatdan keçməyi unutmayın!


 


Budəfəki Twitter həştəqimiz: #ozumuzuk