Qısametrajlı reklam çarxı DDB Azərbaycan reklam agentliyi tərəfindən çəkilib. Filmin rejissoru portugaliyalı Paulo Aresdir. Film, Azərbaycanın müxtəlif bölgələrində yaşayan, işləyən və təhsil alan insanların məsafəyə baxmayaraq ailələrinə bağlılığı və Azercell ilə ünsiyyətin sərhədsiz olması haqqındadır.


 


Yeddi gün davam edən çəkilişlər Bakının mərkəzində və ucqarlarında, eləcə də Lənkəran rayonunun çay plantasiyalarında aparılıb. Bir maraqlı faktı da nəzərinizə çatdıraq ki, filmdə yer alan iştirakçılar sadə insanlardır. 


 


Filmin musiqisi tanınmış və görkəmli Azərbaycan bəstəkarı Polad Bül-Bül oğlunun "Gəl ey səhər" əsərinin bəstəkar Panagiotis Kalatzopoulos tərəfindən təqdim olunmuş rimeyk versiyasıdır.