“Coca-Cola” şirkəti və ADA Universitetinin birgə həyata keçirdiyi “Ağac Ək, Həyata Hədiyyə Et” layihəsinin ikinci mərhələsi çərçivəsində bu ilin payızında Ələt qəsəbəsində Səlyan şossesi boyunca 16 hektarlıq qeyri-məhsuldar torpaqda 15 minə yaxın ağac əkiləcək.
Hazırda 2014-cü ilin payızında həyata keçiriləcək layihənin başlaması üçün hazırlıq işləri görülür. Belə ki, İyul və Avqust aylarında müəyyən olunmuş ərazidə payız əkininə zəmin hazırlamaq üçün lazımi işlər görüləcək.
Su qıtlığı XXI əsrdə bir çox cəmiyyətin və bütövlükdə dünyanın qarşılaşdığı əsas problemlərdən biridir. Bu gün 43 ölkədə 700 milyona yaxın insan su qıtlığından əziyyət çəkir. Hazırda bu problem iş və elm dünyasının, vətəndaş cəmiyyətinin, hökumət və beynəlxalq təşkilatların böyük narahatlığına səbəb olub. Bir çox beynəlxalq şirkətlər kimi “Coca-Cola” şirkətinin də bu problemi azaltmağa yönəldilmiş strategiyanın hazırlanması nikbinlik yaradır.
Misal üçün, 2007-ci ildə “Coca-Cola” şirkəti 2020-ci ilədək “Hazır içkilərdə istifadə olunan su ekvivalentinin təzələnməsi” ilə bağlı davamlılıq cəhdlərini elan edib. Azərbaycanda içməli su təhlükəsizliyinə müvafiq təchizatın təmin olunmasında əhəmiyyətli irəliləyişə nail olunmasına baxmayaraq, əhalinin əsasən ucqar nöqtələrdə yaşayan hissəsi üçün mövcud su ehtiyaları baxımından narahatlıq doğuran məqamlar hələ də qalmaqdadır.
Ölkənin ekoloji strategiyası təbii sərvətlərin milli, regional və beynəlxalq sahələrdə qorunmasına yönəldilib – elmi əsaslı inkişaf prinsiplərinin tətbiqi: ölkənin iqtisadi və insan resurslarının davamlı istifadəsində indiki və gələcək nəsillərin maraqlarını qarşılayacaq ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin genişləndirilmiş koordinasiyası vasitəsilə. Su ictimai əhəmiyyətli və israf oluna biləcək sərvət olduğundan məsələyə elə yanaşılmalıdır ki, su ehtiyatının genişləndirilməsi davamlı nəticələr versin.
Bu məqsədlə də Azərbaycanda bu ilin fevralın 27-də “Coca-Cola” şirkəti və ADA Universitetinin əməkdaşlığı çərçivəsində “Ağac əkək, Təbiətə pay verək!” adlı layihəyə start verilib. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənən layihə Azərbaycanda müəyyən olunmuş ərazilərində təmiz su ehtiyatının qorunması və təchizinə nail olunması üçün kütləvi meşəsalma və ağaclandırmanı təbliğ etməkdədir.
Tərəfdaşlar 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutur. Ağac əkməklə suyun qorunması dünyada geniş yayılmış və olduqca səmərəli və məşhur bir üsuldur. Ağaclar yağıntıları çoxaldaraq, su axınını tənzimləyərək, eroziyanı və sel təhlükəsini azaldaraq, su təchizatının sterilizasiyasını və ümumi su keyfiyyətini yaxşılaşdıraraq, sudan istifadəyə müsbət təsir edir. Həmçinin, qısa kol və çəmənlər üzərinə kölgələrini salaraq qısaboy bitkilərin suya tələbatını azaldır. Layihədə ölkədə qıt və qiymətli şirin su ehtiyatına qənaət etməyə kömək edəcək damcı suvarma üsulundan istifadə nəzərdə tutulub.
Su ehtiyatlarının mühafizəsi və çoxaldılmasından başqa hava çirklənməsinin qarşısını alır, planetin su anbarı rolunu oynayaraq, kimyəvi dövranına yardım göstərir və ekosistemdə enerji axınını təmin edir. İlkin olaraq, layihə Bakı şəhərini əhatə edir, tam olaraq “Coca-Cola” şirkəti tərəfindən maliyyələşdirilir və ADA Universitetinin Xəzər Energetika və Ətraf Mühit Mərkəzi tərəfindən icra olunur.
Cari ilin Mart ayının 19-da başlayan layihənin birinci mərhələsi çərçivəsində ADA Universitetinin tələbləri və əməkdaşları Tofik Bəhramov adına stadionun ətrafında 100-dən artıq ağac əkib. Bu, cəmiyyətdə sosial məsuliyyət prinsipini təbliğ edən, eləcə də, “qızıl üçlük” (dövlət, biznes və vətəndaş cəmiyyəti) arasında əməkdaşlığın önəminə inam fəlsəfəsinə əsaslanan layihənin başlanmasını simvolik olaraq qeyd edib. Ağac əkməkdən savayı layihənin məqsədi müxtəlif təbliğat yolları ilə, o cümlədən elmi-tədqiqat işləri və elmi nəşrlər vasitəsilə ictimai məlumatlılığı artırmaqdır.
Gəncliyə imkan yaradılması və bu işə cəlb edilməsi səylərin davamlılığı üçün ən yaxşı yollardan biri olmasına inanılaraq könüllülərin ağac əkilməsinə cəlb edilməsi düşünülür. Layihə bəzi yaxın yerləşən müəssisələri ətraf mühiti qorumaq məqsədilə bir araya gətirməklə yaxşı qonşuluq münasibətini təmin edir. Bu da qızıl üçbucaq hesab olunan hökumət, iş dünyası və vətəndaş cəmiyyətinin sinerjisinə inanan layihənin əsas məqsədinə uyğundur.
“CocaCola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobalmiqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.
Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,8 mlrd. Içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com
ADA Universiteti haqqında:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yaradılmış ADA Universitetinin əsas məqsədi yenilikçi qlobal liderlərin hazırlanması və diplomatiya, ictimai və beynəlxalq məsələlər, biznes, humanitar sahəvə elmlər, informasiya texnologiyaları və system mühəndisliyi üzrə səmərəli əməkdaşlığa əsaslanan tədqiqatın təbliğ edilməsinə yönəlib. ADA öz qapılarını tələbələrə ilk dəfə 2007-ci ildə açmış, 2012-ci ilin Sentyabr ayında isə özünün şəhərin mərkəzində yerləşən daimi “yaşıl” və “smart” kampusuna köçmüşdür.
Hazırda ADA Universitetində İctimaivə Beynəlxalq Məsələlər, Biznes, Humanitar və digər Elmlər, eləcə də Mühəndislik və İnformasiya Texnologiyaları üzrə dörd müxtəlif məktəb fəaliyyət göstərir. ADA Universitetinin gələcəyə istiqamətlənmiş fəaliyyət və strategiyasının əsasında dörd əsas prinsip dayanır: qlobal liderlik, innovative təhsil, social məsuliyyət və daim inkişaf edən məkan. ADA Universiteti haqqında daha geniş məlumat əldə etmək üçün universitetin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.ada.edu.az.