"eBay" qlobal media və yaradıcı xidmətlər üçün "MediaCom" (WPP) və "Goodby Silverstein and Partners" (Omnicom) təşkilatlarını seçdi. İnternet şirkəti, brendi yeniləmək üçün artıq bu ilin Aprel ayından etibarən tərəfdaş axtarışına başlayıb.



eBay online şirkətinin təqdimatçısı olan Ad Age “Bizim şirkət daim inkişaf etməkdədir. Biz alıcıları ruhlandırmaq və cəlb etmək üçün hər zaman yeni yollar axtarırıq” deyə bildirib.



Şirkət daha əvvəllər yaradıcılıq sahəsində müstəqil təşkilat olan “Venables Bell & Partners”, texnologiya sahəsində “Digitas”, struktur sahəsində isə “Publicis Groupe” kimi təşkilatlarla əməkdaşlıq edib.