Amazon rəsmi mağazasında 3D formatında çap olunmuş məhsullarını təqdim etdi. Məhsullara kiçik gəlinciklər, bəzək əşyaları, daxili bəzək əşyaları və avadanlıqlar üçün aksessuarlar daxildir.
Ən maraqlısı isə məhsullara baş hissəsində istənilən canlı insanın başını 3D formatında yerləşdirmək mümkün olan fərdiləşdirilmiş kiçik kuklaların daxil olmasıdır. Bütün bunları yaratmaq üçün Amazon şirkəti 3DLT və Mixee Labs kimi müxtəlif təşkilatlar ilə əməkdaşlıq etmişdir.