Martın 30 Gəncə şəgərində KATV1 kabel televiziya operatorunun 2 yeni filialının açılışı olub.


Filial, analoq və rəqəmsal yayımda kabel televiziya xidmətləri göstərəcək, gələcəkdə İnternet xidmətinin tətbiq edilməsi planlaşdılır. Açılış mərasimində "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər. "AG Telekom" şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma və inkişafı haqqında, "KATV1" kabel televiziya operatorunun regionlarda əhatə dairəsinin genişləndirilməsi haqqında danışaraq, şirkətin artıq Mingəçevir və Xırdalan şəhərindədə fəaliyyət göstərdiyini qeyd etdi. Gəncə şəhərində, sakinlərinə kabel televiziyasının analoq və rəqəmsal yayım xidmətləri göstəriləcək. Gələcəkdə isə abonentlərə yüksəksürətli internet xidməti də təklif olunacaq.


KATV1 kabel televiziya operatorunun abonentləri Gəncə şəhər filiallarında şirkətin faəliyyəti barədə məlumat əldə edə bilər, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da filiallara müraciət etmək olar. Xatırladaq ki, hazırda ölkə üzrə KATV kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir ki, onlardan səkkizi Bakı şəhərində, ikisi Xırdalan və Mingəçevir şəhərlərində, ikisi Gəncə şəhərindədir. Şirkət artıq abonentlərə yüksəksürətli intenet xidmətini də göstərir. Bundan əlavə, "KATV1-Afişa" qəzeti vasitəsi ilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.


Gəncə şəhərində KATV1 kabel televiziya operatorunun filiallarının ünvanları: Dədə Qorqud küç. 38 və Yeni Gəncə qəs., Mehmandarov küç. 37A.


Əlavə məlumatı 127 nömrəli telefonla əldə etmək mümkündür.