Nike AKQA ilə birlikdə Şanxayda parlaq basketbol sahəsi qurdu. LED sahə basketbol ulduzu və “Nike”ın səfirlərindən biri olan Kobe Bryantın şərəfinə olaraq “House of Mamba” (Mamba ev) adlandırılmışdır.
O, hələ də “Qara Mamba” olaraq adlandırılır. Basketbol sahəsi sadəcə olaraq LED işıqlarla qurulmayıb. O, həmçinin hərəkətə reaksiya verən texnologiya ilə də təchiz olunub.
İnsanlar onun üzərində hərəkət edən zaman basketbol sahəsində müxtəlif qrafik fiqurlar və yazılar əks olunur. Hal-hazırda bu sahədə “Nike RISE”ın gənc idmançılar üçün olan kampaniyasının iştirakçıları məşq edir.