Türkiyənin “Vestel Elektronika” şirkəti, qlobal markalarla əməkdaşlığı gücləndirmə strategiyası çərçivəsində Yaponiyanın elektronika məhsulları istehsalçısı “Sharp” ilə müqavilə imzalayıb. Müqavilə məişət əşyaları məhsullarının inkişaf etdirilməsi, istehsalı və Avropada satışının təşkilini əhatə edəir.



“Vestel Elektronika”nın açıqlamasına görə, şirkətin törəmə şirkəti “Vestel Ticarət”, Vestel Məişət Alətləri zavodlarında və “Sharp”ın Asiyadakı təsislərində istehsal ediləcək məhsulların “Sharp” markası altında Avropada satıcısı olacaq.



Müqaviləyə görə, əməliyyatlara 1 Yanvar 2015-ci il tarixindən başlanılacaqdır. “Vestel” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Turan Ərdoğan, lisenziya razılaşmasının beş illik olduğunu və məişət əşyaları ilə kiçik ev alətlərini əhatə etdiyini qeyd edib. “Sharp” yaydığı açıqlamada Avropada fəaliyyətlərini yenidən formalaşdırmaq işləri çərçivəsində “Vestel Ticarətə” lisenziya verildiyini açıqlamışdır. 2013-cü ili 28,7 milyard dollar gəlir ilə başa vurmuş “Sharp”ın cəmi gəlirlərinin təxminən 3 milyard dolları ev alətlərinin satışından gəlir. “Sharp”, Yaponiyanın TV bazarının lideridir.