Mineral sular breni “Evian” və Fansanın modalar evi olan “Kenzo” qeyri-adi dizayna malik məhdud sayda su şüşəsi istehsal etdi. “Kenzo”nun yaradıcı dizaynerləri Carol Lim və Humberto Leon yeni dizayna malik su şüşələri istehsal etmək üçün “Evian” ilə birləşdi.


 


“Kenzo”nun 2014 payız-qış geyim kolleksiyasında olan naxışlar və dizayn məhz yeni hazırlanan su şüşələrində öz əksini tapmışdır. “Kenzo”nun “Evian” üçün hazırladığı 0,75 l-dən ibarət olan və şüşədən hazırlanan məhdud sayda kolleksiyası Rusiyada təqdim olunacaq. Şüşə qablar 2014-cü ilin Oktyabr ayında satışa təqdim olunacaq.