“Microsoft Azerbaijan” şirkəti dekabrın 2-dən 5-dək Bakıda keçirilən 20-ci yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“BakuTel-2014”) iştirak edir.



“Microsoft Azerbaijan”ın bu tədbirdə iştirakının əsas məqsədi bulud texnologiyaları əsasında hazırlanmış “Office 365” xidmətinin yenilənmiş versiyasını geniş kütləyə nümayiş etdirməkdən ibarətdir.



Belə ki, sərgi çərçivəsində “Microsoft Azerbaijan”ın stendinin ziyarətçiləriistənilən miqyaslı təşkilatın səmərəliyini artırmaq üçün bulud imkanlarını təklif edən sözügedən xidmətlə yaxından tanış ola biləcəklər.Bu servis vaxta və pula qənaət, eyni zamanda, dəyərli resursları azad etməyə yardım göstərir. Bundan başqa, “Office 365” istənilən yerdə fərdi kompüter, planşet və ya smartfon vasitəsilə sənədlərlə işləmək imkanını yaradır. “Office 365” xidmət “Microsoft”un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını (“Exchange Online”, “SharePoint Online” və“LyncOnline”) “Office Professional Plus” ofis əlavələri paketi vasitəsiləözündə birləşdirir.



Servisə illik abunə olan istifadəçilər bütün proqram və xidmətlərin ən son versiyalarından yararlana bilərlər. Hər bir abunəçi “Office 365”dən beş qurğuda istifadə edə bilər. Qeyd edək ki,“Microsoft Azerbaijan” şirkəti “BakuTel-2014” sərgisi çərçivəsində keçiriləcək "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfransın tərəfdaşı qismində çıxış edir. Bu tədbir İKT sektorunun dünyada son tendensiyalarını, həmçinin sözügedən sahənin Azərbaycanda inkişaf perspektivlərini müzakirə etməyə imkan yaradacaq.



“Microsoft” haqqında:



1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərdvə bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edirki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznesvə ofis tətbiqləri, interaktiv proqramvə oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələrvə yaradıcılıq alətləri.



Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarını ntədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarə etmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.