Məlum olduğu kimi, 2010-cu ildə Procter&Gamble şirkəti növbəti beş Olimpiya Oyununun rəsmi sponsoru olmaq qərarına gəlib. Beləliklə, 2012-ci ildə Olimpiya oyunları Londonda , 2014-cü ildə Soçidə, 2016-cı ildə Rio-de-Janeyrada da, həmçinin oyunlar 2018 və 2020 ildə Procter&Gamble-ın rəsmi dəstəyi ilə keçiriləcəkdir.
Bununla əlaqədar olaraq bildirilmiş ölkələrdə Procter&Gamble-ın və yerli Olimpiya Komitələri tərəfindən nümayəndə ofislərinin arasında əməkdaşlıq müqavilələri prosesinə start verilmişdir. Procter&Gamble şirkəti, dünyada öz markalarıyla məşhur olaraq çox ölkələrdə Milli Olimpiya Komitələrinin partnyor tərəfindən formalaşması üçün bütün imkanlara malikdir. Lakin tərəfdaşlığın əsas məqsədi Olimpiya oyunlarının birbaşa sponsorluğu deyil. Eyni zamanda, Procter & Gamble başqa bir məqsədi, yəni əhalinin həyat səviyyəsinin yüksəldilməsini və Olimpiya Komitələrinin dəstəyi ilə sağlam həyat tərzinin təmin edilməsini güdür.
Azərbaycan bu halda həmçinin istisna deyil. Bu günlərdə Azərbaycanda idman və başqa sahələr də çox sürətli inkişaf mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının və Milli Olimpiya Komitəsi Prezidentinin dəstəyi sayəsində olimpiya idman növləri və olimpiya hərəkatının bu sahəsinə xüsusi dəstək və diqqət ayrılır. Azərbaycanın müxtəlif regionlarında olimpiya idman kompleksləri tikilir.
Bu amilləri nəzərə alaraq, Procter&Gamble şirkəti Milli Olimpiya hərəkatına öz töhfəsini vermək və Milli Olimpiya Komitəsilə əməkdaşlıq əlaqələrinin qurulması haqqında qərar qəbul etmişdir.
20 apreldə Qubada Hyatt Regency mehmanxanasının zalında mətbuat konfransında Procter&Gamble-in və Milli Olimpiya Komitəsinin arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi olmuşdur. 20 apreldə Qubada Hyatt Regency mehmanxanasının zalında mətbuat konfransında Procter&Gamble-ın və Milli Olimpiya Komitəsinin arasında əməkdaşlıq haqqında müqaviləsinin imzalanması mərasimi olmuşdur. Müqavilə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cənab Çinqiz Hüseynzadə tərəfindən və Procter&Gamble şirkətinin Qafqaz regionu ölkələri üzrə baş direktoru Kaan Baral cənabları tərəfindən imzalanmışdır.
Öz çıxışında Kaan Baral Cənabları qeyd etdi ki, "bü gündən etibarən Procter&Gamble və Milli Olimpiya Komitəsi partnyordurlar, Şirkət bu əməkdaşlıqla fəxr edir". Procter&Gamble və Milli Olimpiya Komitəsi əməkdaşlığı çərçivəsində birgə iş planı hazırlanmışdır. İş planı bir neçə əsas mərhələdən və istiqamətlərdən ibarətdir.
İlk növbədə, uşaqların və gənc nəslin arasında idmanın inkişafına töhfə məqsədi ilə "Təşəkkürlər, ana!" adlı kampaniyaya start veriləcək. Kampaniya çərçivəsində 50 uşaq 10 yaşdan 16 yaşadək Olimpiya Komplekslərindən birində təşkil edilmiş Gənclər Yay İdman Düşərgəsində iştirak edəcəklər. Bir həftə ərzində Olimpiya dəyərləri sahəsində onların biliklərinin möhkəmləndirilməsinə və sağlam həyat tərzinin aparılmasına güman edilir.
"Anaların Qürurlu Sponsoru" ("Proud Sponsor of Moms") adlı proqramın həyata keçirilməsi Milli Olimpiya Komitəsiylə əməkdaşlığın daha bir komponenti hesab olunur. Azərbaycanın Milli Olimpiya Komandası tərkibinə daxil olmuş bütün idmançıların anaları idmanın inkişafının və öz uşaq-idmançılarıyla həmrəyliyin dəstəyi üçün minnətdarlığın əlaməti olaraq Procter&Gamble şirkətindən müxtəlif hədiyyələr alacaqlar.
Digər böyük əməkdaşlıq layihələri arasında xüsusi Olimpiya Marafonunun ("Olimpic Road-show") təşkilatını qeyd etmək yaxşı olardı.
Bu layihənin əsas məqsədi uşaqları və gəncləri sağlam həyat tərzininə yönəltməkdir, oglan və qızların hüquqlarını eyni dərəcədə müxtəlif idman növlərindən faydalanmanı təbliğ etməkdir.
Marafonda məşhur idmançılarla yanaşı məşqçilər, şou-biznesin və jurnalistlərin ulduzlarının nümayəndə heyətidə iştirak edəcəkdir. İki müxtəlif istiqamətə hərəkət edən avtobuslar 5 gün ərzində Azərbaycanın 9 şəhərində keçiriləcək. Olimpiya Marafonu bu ildə gənclərin şəhəri elan edilmiş Gəncə şəhərində öz yolunu başa çatdıracaq.
Mətbuat konfransında tərəflər bildirdilər ki, qeyd edilmiş tədbirlər yalnız Procter&Gamble-ın və Milli Olimpiya Komitəsinin arasında imzalanmış müqavilənin həyata keçirilməsində ilkin mərhələdir. Gələcəkdə əməkdaşlığın çərçivəsi daha çox genişləndiriləcək və sonrakı mərhələlərdə davam edəcəkdir.
Müqavilənin imzalanması mərasiminin sonunda simvolik tort kəsilmişdir, həmçinin Kütləvi informasiya vasitələrlərinin nümayəndələri tərəfindən qaldırılmış müxtəlif məsələlər işıqlandırılmışdır.
P&G şirkəti haqqında
ABŞ-da 1837-ci ildə yaranmış Procter&Gamble şirkətinin məhsulundan dünyada bu gün təxminən 4.4 milyon insan istifadə edir. Şirkətin aparıcı markalarının arasında Pampers®, Tide®, Ariel®, Whisper®, Pantene®, Mach3®, Bounty®, Dawn®, Fairy®, Gain®, Pringles®, Charmin®, Downy®, Lenor®, lams®, Crest®, Oral-B®, Duracell®, Olay®, Head&Shoulders®, Wella®, Gilette®, Braun®, Fusion®, Ace®, Febreze® və Ambi Pur® kimi məşhur markaları seçmək olar. Procter&Gamble şirkəti 80 ölkədə rəsmi nümayəndəliklərə malikdir, lakin dünyanın 180 ölkəsində şirkətin məhsulundan istifadə edirlər, Azərbaycanda isə şirkətin rəsmi nümayəndəliyi 1998-ci ildən fəaliyyət göstərir.
Procter&Gamble şirkəti haqqında daha ətraflı informasiyanı http://www.pg.com saytından almaq olar.
KİV-lə əlaqələr üzrə koordinator:
Leyla Seyidzadə
+ 99 450 341 74 37
Seyidzadeh.l@pg.com