KSM Azərbaycanın “KreAktiv” dizayn yarışmasının birinci mərhələsi başa çatdı. Mart ayının 29–da start verilən müsabiqənin ikinci mərhələsinə 10 iş vəsiqə qazanıb.



Xatırladaq ki, KSM Azərbaycan şirkətiCreative Society agentliyinin təşkilatçılığı, DəmirBank, İdeal perfumery&cosmetics-in sponsorluğu, Facemark informasiya və KOKON kreativ agentliyinin dizayn dəstəyi ilə həyata keçirilən müsabiqə 2 mərhələdən ibarət idi. Bank, geyim, qida, telekommunikasiya və təhsil sahələri üzrə göndərilən 48 iş münsiflər heyəti və onlayn səsvermə nəticəsində ikinci mərhələyə keçə bilib. Hər sahə üzrə yalnız iki işin keçdiyi ikinci mərhələdə iştirakçılara xüsusi tapşırıq veriləcək.



Online səsvermə və münsiflərin səsverməsi ilə son mərhələnin üç qalibi olacaq. Müsabiqənin qalibləri aşağıdakı kimi mükafatlandırılacaq:



I yer:
Beynəlxalq Brandmarker Konqresi 2012-də iştirak vəsiqəsi
DəmirBank-ın Gold plastik kartı və pul mükafatı
İdeal-dan 300 AZN-lik vauçer + hədiyyələr

II yer:


DəmirBank-dan Gold plastik kartı və pul mükafatı


İdeal-dan 200 AZN-lİk vauçer + hədiyyələr

III yer:
DəmirBank-dan Gold plastik kartı və pul mükafatı
İdeal-dan 100 AZN-lik vauçer + hədiyyələr


Müsabiqənin münsiflər heyəti:


Creative Society – Stefan Bock (Avstriya)
BBDO – Hugo Corredor (Kolumbiya)


Young and Rubicam – Martin Nino Goldberg (Argentina)


KSM Azərbaycan – Rəşad Camal (Azərbaycan)
Peşəkar Fotoqraf – Orxan Aslanov (Azərbaycan),


Video Çarxlar üzrə mütəxəssis – Sarvan Qədirov (Azərbaycan)
Dizayner – Samir Hüseynov (Azərbaycan)



Əlaqə:


E-mail:


kreaktiv@csraz.com


csraz.com/kreaktiv/sesverme/neticeler/


Tel:


050 282 00 12


050 282 00 13