“Jeep” sözünün üstündə durdu. Bir neçə ay əvvəl İtaliyanın “Scuderia Ferrari Formula 1” komandasının 2 üzvü üçün Ferrari-yə tüninq etdirdiyi “Jeep Grand Cherokee SRT8” avtomobilləri indi sürəti lüks kimi qəbul edən hər kəs üçün əlçatandır.
Dünyanın ən sürətli və bahalı SUV-ləri – “Porsche Cayenne Turbo”, “Mercedes ML 63 AMG” ilə rəqabətə girən 2,9 tonluq bu nəhəng 100 km/saat sürəti yığmağa cəmi 4,8 saniyə sərf edir. Bu xüsusiyyəti ilə model dərhal dünyanın dreq reysinqlərdə ən çox istifadə olunan avtomobillərdən birinə çevrilib.
Bakıda “Chrysler Mərkəzi”ndə mediaya təqdim olunan avtomobil ona təkcə Maranello yarış zolağında göründüyü “Ferrari” qırmızısının deyil, gündəlik həyatda daha çox rast gəlinən qara və boz metal rənglərin də mükəmməl yaraşdığını göstərdi.
Qazandığı əsas üstünlüklərinə görə yeni “Jeep” 6,4 litrlik tutuma malik HEMI mühərrikinə minnətdardır. HEMI mühərriklərinin Fuel Saver texnologiyalı MDS sistemi tam güclə çalışmaq lazım gəlməyəndə silindrlərin yarısını deaktivə edir. Yəni, 8 silindrlik “Jeep Grand Cherokee SRT8”-də ehtiyac olmayan zaman 4 silindr “işsiz qalır”. Lüzumsuz yanacaq sərfinin qarşısını alan bu texnologiya “Böyük mühərrikli avtomobillər çox yanacaq sərf edir” deyənlərə əsl “Jeep” yaradıcılarından “doğrudan?” sualıdır.
“Jeep” markasını Azərbaycanda “Auto Azerbaijan” şirkəti təqdim edir. 1996-cı ildən fəaliyyət göstərən Auto Azerbaijan yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb və avtomobil bazarının liderlərindən sayılır.