Dünən Jumeirah Bilgah Beach Hotel mehmanxanasında, iqtisadiyyat və biznes sahələrində illik milli mükafatın – UĞUR mükafatının təqdimat mərasimi keçirildi. 2011-ci ilin yekunlarına görə bu mükafatın laureatları 30 yerli və xarici şirkət oldu. Mükafatın müxtəlif nominasiyalarında, milli iqtisadiyyatın inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan şirkətlər qeyd olundu.
Mükafatın təşkilat komitəsinin sədri İbrahim Baharov təqdimat mərasimində çıxış edərək dedi: “Mükafatın laureatları ictimaiyyətdə nüfuz və inam qazanmış şirkətlərdir. Onlar uzun illər boyu uğurla fəaliyyət göstərərək öz sahələrində lider olduqlarını sübut ediblər. Biz onların uğur və nailiyyətlərini öz qələbəmiz hesab edirik”.
«UGUR 2011» milli mükafatının sahiblərinin siyahısı
Ibrahim Ibrahimov |
İlin iş adamı |
Azercell Telekom |
Telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə görə |
Khazar Islands |
İlin layihəsi |
Azercell Telekom |
3G texnologiyalarının uğurlu tətbiqinə görə |
SOCAR |
Obyektiv, şəffaf işə qəbul prinsiplərinin tətbiqinə və təqaüd proqramlarının təşkilinə görə |
Аzvirt MMC |
Yol inşaatı və infrastrukturunun inkişafına verdiyi töhfəyə görə |
Yevgeniy Jidkov |
İlin top-meneceri |
Neftqaztikinti Tresti |
Azərbaycanda və ölkə xaricində həyata keçirilən beynəlxalq neft-qaz tikinti layihələrinin icrasında əldə etdiyi nailiyyətlərə görə |
Aqrolizinq |
Kənd təsərrüfatının inkişafına verdiyi töhfəyə görə |
Kənan İnşaat və Ticarət |
Mülki və sənaye obyektlərinin inşasında əldə olunan nailiyyətlərə görə |
Caspian Fish Co. Azerbaijan |
Nərə cinsli balıqların qorunması və artırılması unikal layihəsinin icrasına görə |
Glass House |
Şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə |
Jumeirah Bilgah Beach Hotel |
Dəbdəbəli şəhər kurortu |
Cahan Holding |
İlin brendi. Çay məhsulları |
Qızıl Quyu Ayan MMC |
İlin milli brendi |
FOREX CLUB |
Yeni maliyyə xidmətlərinin tətbiqində lider |
ATLANT |
Turizmin inkişafına verdiyi töhfəyə görə |
AIRMED |
İctimai və sosial sferada aktiv fəaliyyətə görə |
Eurolux intl Co LTD |
Məişət texnikasının satışında əldə olunan nailiyyətlərə görə |
Teka |
Mətbəx avadanlıqları sahəsinin inkişafında əldə olunan nailiyyətlərə görə |
Araz Teleradio |
FM radiostansiyasının yaradılmasında əldə olunan nailiyyətlərə görə |
Diaqnoz Тibb Mərkəzi |
Tibb xidmətlərin göstərilməsində mühüm nailiyyətlərə görə |
Today.Az |
Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliğinə verdiyi töhfəyə görə |
Karolina Valiant |
Xəz-dəri məmulatlarının satışında əldə olunan nailiyyətlərə görə |
Finre Consulting |
Konsaltinq sahəsində əldə olunan nailiyyətlərə görə |
Mən Azərbaycanlıyam televiziya layihəsi |
Azərbaycançılıq ideyasının təbliğinə verdiyi töhfəyə görə |
Real Təmizlik |
Xidmət sektorunda yüksək keyfiyyət |
Baku Outlet Park |
İnnovativ biznes layihəsi. Ticarət |
Swiss House |
İlin brendi |
City Vision |
Biznesin inkişafı. LED monitorlar |
Xatırladaq ki, «UGUR» milli mükafatı 2000-ci ildə Consulting & Business jurnalı tərəfindən təsis olunub. Mükafatın əsas məqsədi yüksək effektivlik, sabit inkişaf və sosial məsuliyyət amillərini özündə birləşdirən şirkətlərin nailiyyətlərini qeyd etməkdən ibarətdir.