Nar Mobile mobil operatoru  “Avroviziya Azərbaycan” fan klubunun rəsmi sponsoru elan edilib. Belə ki, Nar Mobile fan klubun bütün təşkilati məsələlərində, Azərbaycanın beynəlxalq arenada tanınması yönündə və digər məsələlərdə öz dəstəyini göstərəcək.  Beynəlxalq mahnı müsabiqəsi ərəfəsində insanlarda müsabiqəyə marağı və , ruh yüksəkliyini artırmaq üçün “Avroviziya Azərbaycan” fan klubu 29 aprel tarixində dənizkənarı milli parkda geniş proqramlı konsert təşkil edəcək. Konsertdə dünyaca məhşur olan müğənnilər – Emin Ağalarov, Ani Lorak, Diana Qurskaya, Anri Coxadze və digərləri öz ifaları paytaxt sakinləri valeh edəcəklər.


“Nar Mobile“Avroviziya Azərbaycan” fan klubunun rəsmi sponsoru olmasından çox məmnundur, belə ki, biz hər zaman gənclərin təşəbbüslərini alqışlayırıq və onlara dəstək oluruq.Biz Azərbaycanın tanınmasında, Azərbaycandakı keçiriləcək “Avroviziya 2012” müsabiqəsini daha da təntənəli, rəngarəng və yaddaşlarda silinməyən etmək üçün dəstəyimizi əsirgəməyəcəyik. İlk addımımız kimi, artıq aprel ayının 29-da dənizkənarı milli parkda konsertin təşkil olunması oldu. Ölkəyə dəvət olunmuş xarici müğənnilərin iştirakı ilə keçiriləcək konsert vətəndaşlarımıza, xalqımıza olan sevginin bariz nümunəsidir. Həmin gün biz sizlərə əsl bayram ab-havası yaşadacayıq, odur ki, hamını konsertə dəvət edirik” – deyə Azerfon şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.


Qeyd edək ki, geniş konsert proqramı aprel ayının 29-da dənizkənarı milli parkda saat 19:00-da başlayacaq. Konsertə giriş təmamilə pulsuzdur.


“Avroviziya Azərbaycan” fan klubu rəsmən 2008 –ci ildə yaranıb. Cari ildən etibarən isəfan klub ölkəmizdə keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsində Azərbaycanın təbliğatını aparır. Hazırda fan klub sosial şəbəkələrdən 100.000 istifadəçini bir araya yığıb. 


Nar Mobile brendi ilə tanınan Azerfon şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .


 


Aşağıdakı linkdə konsertin promo çarxıdır:


http://www.youtube.com/watch?v=QCmgAA50rfI