2 may 2012-ci il tarixində Space TV-nin canlı efirində Bolkart uduşlu lotereyasının oynanılması keçiriləcək. 1-30 aprel tarixləri arasında azı 50 manat məbləğində alış-veriş etmiş Bolkart sahibləri bu lotereyaya qatılmaq hüququ əldə edir. Aksiya zamanı daha çox alış-veriş etmiş şəxs daha çox udmaq şansı qazanır. Misal üçün, 300 manat miqdarında alış-veriş etmiş kart sahibi müvafiq olaraq 6 şans əldə etmiş olur. Nağdlaşdırma əməliyyatına aid dövriyyələr lotereyaya aid edilmir. Bolkart üzərində təsbit edilmiş 16 rəqəminin son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu olacaq. Lotereyaya qatılan hər bir şəxsin kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən ediləcək.  Uduş fondu 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaqdır.


Uduşların nəticələri “Azərbaycan” qəzeti səhifələrində dərc ediləcək.


Lotereyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Bolkart sahibləri habelə onlayn rejimdə  www.bolkart.az  və ya sosial şəbəkə səhifəsi– www.facebook.com/Bolkart  vasitəsilə müvafiq məlumat əldə edə bilərlər.