Artıq Azeronline internet provayderinin müştəriləri PayPoint ödəmə sistemi vasitəsilə öz balanslarının artırmaq və borclarını ödəmək imkanı əldə ediblər. Müştərilərə 400-dən artıq özünəxidmət ödəmə köşkü və 1000-dən artıq ödəmə nöqtəsi xidmət edəcək.
Ödənişi həyata keçirmək üçün PayPoint köşkünün displeyində “İnternet” bölməsinə daxil olmaq, Azeronline provayderini seçmək, istifadəçi adını göstərmək və zəruri miqdarda pul yükləmək lazımdır. Göstərilən nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz veriləcəkdir.
PayPoint “Komtec” şirkətinin xidmət brendidir. PayPoint şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəmə xidmətləri üçün platforma təmin etməkdir. PayPoint vasitəsilə vətəndaşlar mobil və sabit telefon, kommunal, internet və kabel televiziyası xidmətləri üzrə borclarını ödəyə bilirlər. Hal-hazırda PayPoint şəbəkəsinə 30-a yaxın Kütləvi Xidmət Müəssisəsi bağlanmışdır. Şirkətin planlarında il sonuna qədər xidmət müəssisələrinin sayını 50-ə artırmaq və xidmətlərin çeşidini genişləndirmək durur.
PayPoint ödəmə köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşdirilmişdir. Şirkətin müştəriləri həmçinin günün istənilən vaxtında internet üzərindən ödəmələr edə bilərlər.