“Ernst & Young” konsaltinq şirkəti (EY) rəqəmsal texnologiyalar dövrünün imkanlarından yararlanaraq dünyadakı şirkətlərə yeni və innovativ xidmətlər təklif etmək məqsədilə “Microsoft” Korporasiyası ilə qarşılıqlı strateji biznes əməkdaşlığına başlayıb. Əməkdaşlıq çərçivəsində “Microsoft” tərəfindən “EY”a təklif olunacaq xidmətlərə analitika, kiber təhlükəsizlik, şirkətin rəqəmsal strategiyası, rəqəmsal və inkişaf edən texnologiyaların istifadəsi, müştəri xidmətləri və proqram menecmenti təcrübəsinin “Microsoft”un bulud və məlumat platformalarından yararlanması daxildir.



”EY və “Microsoft”un birgə fəaliyyətindən faydalanaraq şirkətlər yüksək rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisənin fəaliyyətinin təşkilini sürətləndirə və illər ərzində proqram təminatına edilən yatırımları optimallaşdıra bilərlər. Təklif olunan imkanlar daha analitik, avtomatlaşdırılmış, bulud texnologiyalarına əsaslanan iş mühitinə keçməklə şirkətlərə investisiyaların effektivliyini artırmağa yardım edir” - deyərək “EY”ın qlobal icraiyyə komitəsinin rəhbəri və icraçı direktoru Mark Vaynberqer (Mark Weinberger) bildirib.



EY və “Microsoft” arasındakı qarşılıqlı əməkdaşlığın başlıca hədəfləri aşağıdakılardır:



1. Biznes xidmətlərinin “Microsoft” texnologiyaları və “EY”ın biznes, həmçinin qabaqcıl proqram menecmenti təcrübəsindən yararlanaraq birgə təqdim olunması


2. “Microsoft” texnologiyaları və EY təcrübəsi vasitəsilə müxtəlif sektorlarda kibertəhlükəsizliyintəkmilləşdirilməsi


3. “EY”ın “Microsoft Cosulting Services” ilə birgə fəaliyyətinə əsasən “Microsoft Azure” üzərində müxtəlif korporativ məhsulların quraşdırılması


4. “Azure” əsasında yaradılmış tətbiqlərdən yararlanaraq müştərilərin hazırda istifadə etdikləri əməliyyatların proqram təminatı və məlumatlarından qısa zaman ərzində bəhrələnməsi


5. Qabaqcıl texniki menecment tətbiqləri əsasında innovativ imkanların yaradılması və müştərilərin “əşyaların interneti”dən biznes məqsədilə faydalanmasının təşkili



“EY”ın konsaltinq xidmətlərinin “Microsoft”un güvənli bulud texnologiya imkanları ilə birgə təqdim olunması müştərilərə analitik ideyaların reallaşdırılması, əhəmiyyətli biznes nəticələrin əldə edilməsi və şirkət fəaliyyətinin səmərəli təşkilinin sürətləndirilməsi istiqamətində yardımçı olacaq. Bizim birgə fəaliyyətimiz müştərilərə investisiyalardan qısa müddət ərzində, tam faydalanmağa və texnologiyalardan strateji məqsədlər üçün yararlanmağa imkan verəcək” - deyə “Microsoft”un əməliyyatlar üzrə direktoru Kevin Törner (Kevin Turner) bildirib.



“EY”ın “Microsoft” texnologiyaları əsasında təklif etdiyi xidmətlər dörd əsas istiqaməti özündə birləşdirir:



“Program Performance Center” (“Microsoft”un “Azure”, “SQL Server”, “Project Server” və “Power BI” korporativ həllərinin “EY”ın proqram menecmenti, məlumatların saxlanması və analiz üzrə protokolları ilə sıx inteqrasiyası), “Trusted Cloud” (“Azure” və “Office 365” xidmətlərini özündə birləşdirən “Microsoft” bulud texnologiyalarının biznes fəaliyyətində istifadəsinin kiber təhlükəsizliyi), “3D Spend Analytics” (korporativ xərclərin optimallaşdırılması üçün analitik xidmət), “Digital Program Activation” (iş prosesinə rəqəmsal texnologiyaların tətbiqi). "Microsoftun ən iri müştərilərindən və biznes xidmətləri təchizatçılarından biri olan EY şirkəti “Microsoft” texnologiyaları və xidmətlərinin biznes fəaliyyətində olan rolunu nümayiş etdirmək üçün əla fürsət təqdim edir. İki şirkət arasındakı əməkdaşlığın intensivləşməsinin nəticəsi olaraq EY və “Microsoft” tərəfindən biznes üçün nəzərdə tutulmuş və müştərilərə potensiallarını reallaşdırmaqda yardımçı olacaq bir sıra texnoloji təkliflərin hazırlanması gözlənilir” - deyə EY-ın müştəri xidmətləri üzrə icraçı partnyoru Karmin di Sibio(Carmine di Sibio)bildirib. EY və “Microsoft”un qarşılıqlı əməkdaşlığı çərçivəsində sənaye üçün nəzərdə tutulan rəqəmsal texnoloji xidmətlər portfelinin genişləndirilməsiplanlaşdırılır ki, bu da hər iki şirkətin bazarda davamlı ortaq iştirakının və dünya üzrə müştərilərin xalis mənfəətinə göstərdiyi təsirin nəticəsidir.