Auto Azərbaycan kampaniyası Evro-2012 oyunlarını tamaşaçı qismində izləməyə 20 nəfəri göndərəcək. Dörd ildən bir keçirilən bu oyunlarda həyəcanı ekran vasitəsilə deyil, canlı olaraq stadionda hiss etmək may ayında Hyundai i40 markalı avtomobili alanlara qismət olacaq. Futbol yarışları  üzrə 14-cü Avropa çempionatı təkcə ən məşhur və əfsanəvi rəqib komandaların yarışı olmayacaq. Artıq tarixində üçüncü dəfə eyni zamanda iki ölkə-Polşa Ukrayna çempionatı öz ölkələrində qəbul edəcək.


Hyundai i40-ın 20 nəfər sahibi özləri seçəcəklər hansı oyunda tamaşaçı qismində iştirak etmək istəyirlər- üç qruplu oyunlarda yoxsa ¼ finalda. “Avropa” avtomobilllərinə edilən hədiyyə paketinə- oyunu izləmək üçün bilet, təyyarə bileti və otel rezervasiyası da daxildir. Artıq Ukraynadakı oyunları izləməyə gedəcək 8 nəfərin adları məlumdur.


Hyundai i40- markanın sonuncu modellərindən biridir və Avropanı fəth etmək üçün yaradılıb. Modellərin yaradılmasında kampaniyanın Almaniyada yerləşən tədqiqat və inkişaf nərkəzi məşğul olub. Ona görə də, i40 modeli tamamilə Avropa keyfiyyətinə malikdir.


Artıq 16 ildir ki, Auto Azərbaycan kampaniyası bazara təqdim olunub. Yüksək xidmət keyfiyyətinə, unikal avto hissələrin mövcudluğuna, həmçinin etibarlı zəmanətə görə kampaniya alıcıların etibarını qazanıb və avtomobil bazarında liderə çevrilib. Hyundai-ın markalarından başqa Auto Azərbaycan kampaniyası Chrysler Group(Jeep, Dodge, Chrysler), həmçinin Geely kimi markaların da ekskluziv distribüteridir.