"Nescafe" Berlində həyata keçirdiyi marketinq layihəsi ilə işıqforda gözləyən insanları ictimailəşməyə dəvət edir. Zaman keçdikcə internet və telefonlara daha çox bağlanan və asılı hala gələn istifadəçiləri ictimailəşməyə dəvət edən Nescafe, Berlin küçələrində maraqlı bir layihə reallaşdırdı. İki qəhvə maşınını qarşılıqlı işıqfora yerləşdirən marka, "birlikdə toxunun" düyməsi ilə gözləyənlərə xüsusi bir sürpriz etdi.



Qarşılıqlı olaraq toxunulduğu zaman qəhvə ilə mükafatlandıran avtomatlar sayəsində Nescafe, bir-birinə əl yelləyən, salam verən, gülümsəyən və yol ortasında qısa da olsa bir dialoq quran bir çox insana sahib oldu. Marka "Instant Connections" adlı bu layihə ilə insanlar arasında "anlıq ünsiyyət" yaradaraq rəğbət qazandı. Marketinq işlərinə müvəffəqiyyətli bir nümunə olan "Instant Connections" layihəsi "OgilvyOne Frankfurt" tərəfindən həyata keçirilmişdir.