Gazelli Man seriyasının təqdimat mərasimi 27 aprel Gazelli Evi mərkəzində keçirilib. Gazelli Man seriyasının konsepsiyası özünüzə qulluq etmək, dərinizin və saçlarınızın təbii müdafiə gücünün artırmaq imkanını yaratmaqdır. 

Gündəlik təraşın aqressiyası, quru dəri, saçların zəifləməsi – kişilərə xas olan problemlərdir və bunları nəzərə alaraq Gazelli Man kolleksiyası yaranıb. Tərkibində patentləşdirilmiş VITASU – ölkəmizin gözəl guşəsi olan İsmayıllı rayonunda yerləşən mikroelementlərlə zəngin mineral mənbələr əsasında kompleks, canlandırıcı və nəmləndirici effekti təmin edir, bununla yanaşı sərbəst radikalları neytrallaşdırır. Gazelli Man seriyasının üstünlüyü ondan ibarətdir ki, digər xarici ölkələrin kosmetik vasitələrindən fərqli olaraq tərkibində Azərbaycanın təbii nadir bitkilərin ekstraktlarından istifadə olunub. Kamilliyə nail olmaq və uğur zirvələrini fəth etmək üçün Gazelli Man seriyası əlinizdən tutacaq. Sizin saçlarınız və dəriniz diqqətə və gündəlik qayğıya layiqdir. Yeni Gazelli Man kolleksiyası şampun, duş geli, təraş sonrası vasitələrdən ibarətdir və kişi dərisinin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. 

Tədbir iştirakçılarına kompaniyamızın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Xüsusi dəvət olunmuş DJ Shock dəbli musiqi ilə sərbəst abı-hava yaradıb. Qonaqlarımızı istedadlı gənc rəssamların çəkdiyi şarjlar, zövqlü hədiyyələr, möhtəşəm furşet, maraqlı lotereya və səmimi abı-hava ilə qarşılandı. Tədbirdə tanınmış musiqiçilər, incəsənət xadimləri və fəxri qonaqlar iştirak ediblər.

Təqdimatın aparıcısı tatınmış şoumen - Murad Arif idi.

1999-cu ildə təsis edilmiş Gazelli İnternational kompaniyası Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən şirkətdir, həm də xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdə davam edir. 

Kompaniyamız Şərq ənənələrinin, Qərb fəlsəfəsinin, elm və texnologiyanın birləşməsi vasitəsilə yaranıb və inkişaf etmişdir. Gazelli İnternational tərəfindən istehsal olunan 100-dən artıq məhsulların tərkibində patentləşdirilmiş unikal aktiv maddələr özünəməxsus yer tutur. Bunlar - əfsanəvi Naftalan yağı, vulkanik gil və ölkəmizin nadir, unikal bitkilərinin ekstraktlarıdır. Bu gün müasir texniki baza ilə təchiz olunmuş və 10 000 m2-dən artıq sahəsi olan Gazelli fabriki ay ərzində 1.500.000 vahidədək məhsul istehsal etmək imkanına malikdir. Gazelli İnternational kompaniyası istehsal olunan bütün məhsulların keyfiyyətinə yüksək səviyyədə nəzarət edən istehsalat laboratoriyası fəaliyyət göstərir. 

Kompaniyamızın məhsulları bir neçə nüfuzlu Beynəlxalq Sərgilərində uğurla təqdim edilib, həmçinin Milli və Beynəlxalq mükafatlara layiq görülüb. Həmçinin Gazelli İntrnational yeni formatlı gözəllik və sağlamlıq mərkəzlər şəbəkəsi də daxildir. Gazelli Evi - yaratdığımız yeni formatlı istirahət, gözəllik və sağlamlıq mərkəzidir. Üstünlüyü ondan ibarətdir ki, buraya gəlməklə, siz, həm istirahət və qəlyanaltı, həm bizim kosmetik vasitələrini əldə etmək fürsətindən yararlana bilərsiniz, doğma şəhərinizin hüdudlarını tərk etmədən yorğunluğu bədəninizdən çıxara, orqanizminizi bərpa edə, dərinizin təravətini qaytara və cavanlaşdıra bilərsiniz. Gazelli Evi-nin gündüz vaxtlarında işləyən SPA SYMPHONY-də təklif olunan ən müasir texnologiyalar, peşəkar mütəxəssislər və təbiətin müalicəvi qüvvələri Sizin qulluğunuzdadır.

Yüksək keyfiyyətli kosmetik məhsulların istehsalı, keyfiyyətli xidmətlər, komandamızın peşəkarlığı və yüksək səviyyəli münasibətləri - bizim əsas prinsiplərimizdir. 

Gazelli Evi
Nizami küç. 93
Tel: (+99412) 493 96 88
Fax: (+99412) 493 26 23