Milli marketerlərimiz öz ənənəsinə sadiq qalaraq bu il də iftar toplantısı yaratmaq qərarına gəldilər. Bu toplantı girişi olub, çıxışı olmayan marketinqə giriftar olanların, ya da elə 8 İyuldan etibarən giriftar olmaq istəyənlərin iftarı olacaq. Musiqili şüarımız da var: girİFTAR olaq! (Məşhur "Mehriban olaq!" mahnısına nəzirə də demək olar). İyulun 8-də baş tutacaq bu görüş "Sürmə" restoranında keçiriləcək.
Ünvan: Ə.Ələkbərov küçəsi 1054 (Lider Tv-nin yanı)
İŞTİRAK HAQQI: 20 AZN
Görüş vaxtı: 20:00
Qeydiyyat və ödəniş yerində olacaqdır.
Menyuda isə hər şey var :)
Gəlin birlikdə girİFTAR olaq!
p.s. Bu arada maksimum 70 yerimiz var.