Facemark bu il ən böyük marketinq konfranslarından biri Brandmarkerdə rəsmi sponsorlardan biridir və Azərbaycanda yeganə rəsmi nümayəndədir.


Bu il konfransda Azərbaycandan 30-dan çox tələbə iştirak edəcək.


Hazır ol! 15-ci Brandmarker Beynəlxalq Marketinq Tələbə Konfransının başlamasına sayılı günlər qaldı. Brandmarker 15-ci ilində 17-23 iyun tarixlərində keçiriləcək.


Unilever-in baş sponsorluğu ilə Brandmarkerin əsas mövzusu “Sosial media” olacaq. İştirakçıların markaları, sosial oyunları sosial kanallarla sosiallaşdırma strategiyalarını öyrənmək şansı olacaq. Brandmarkerin 15-ci ildönümündə Unilever-in sponsorluğu ilə bütün həftə müxtəlif oyunlar keçiriləcək. Bundan başqa, iştirakçıların İstanbulun Bosfor və Tarixi Yarımada kimi maraqlı yerlərini görmək və mədəniyyətlər arası gündə yeni mədəniyyətlərlə tanış olmaq şansı olacaq.


Konfrans ərzində iştirakçıların Ese Borak, BJ Cunningham, Haluk Sicimoglu, Niels Van Der Linden, Roman Rackwitz, Patrick Deply, Vadi Efe, Turgay Adıyaman və digər marketinq mütəxəssisləri ilə görüşmək və onları dinləmək imkanı olacaq. Bu il, həmçinin PixelPlusun təşkilatçılığı ilə Gamification mövzusunda seminar və müxtəlif ölkələri təmsil edən agentliklərin iştirakçıları ilə birgə Agentlik Sammiti olacaq.


Bu təşkilatın ən çox maraq göstərilən hissələrindən biri əlbəttə ki, əyləncədir. Biz gün ərzində keçirilən seminarların və keyslərin yorğunluğunu əyləncəli gecə partiləri ilə əvəz edirik. Orada, iştirakçıların bir-birini daha yaxından tanımaları üçün oyun gecəsi olacaq və sonda konfransın sonluğunu vurğulamaq üçün çox gözəl qayıq partisi olacaq.


Aşağıda sizə Brandmarkerin proqramını olduğu kimi təqdim edirik.


Sizləri aşağıdakı marketinq mutəxəssislərinin maraqlı çıxışları və keyslər gözləyir.


İndi sənin brendin sosialdır - 18.06.2012


Prof. Dr. Eser Borak –Former Dean of Faculty of Sciences & Economics in Bogazici


Bj Cunningham – Famous entrepreneur and marketing expert introducing Death cigarettes


Haluk Sicimoğlu – Executive Planning Director at BBDO Turkey


Düşün


İce-Breaking Açıq Hava Fəaliyyəti


İce-Breaker Gecə


Sosial Oyunlar – 19.06.2012


Cemil Ş. Türün – Founder & CEO at Yogurtistan.com


Roman Rackwitz – Founder & CEO at Engaginglab


Niels Van Der Linden – Founder at Dare To Do It Different


PixelPlus tərəfindən seminar


Sual


Beynəlxalq mədəniyyət günü – 20.06.2012


“İstanbul as a Brand” by Wally Olins – Founder at Saffron Consultants & The Ministry of Culture and Tourism


Istanbulun kəşfi


Sosial Kanallar – 21.06.2012


Alex Pages – General Manager South Europe at eYeka


Vadi Efe – Co-founder at Dekatlon Buzz Social Media Agency


Agentlik sammiti


Networking Coctail


Yarat


Oops! Sabit? 22.06.2012


Turgay Adıyaman – Partner, Turkey at Saffron Brand Consultants


Sabit Markalarda seminarlar


İştirak


Bilirik ki, siz Brandmarkerlə bağlı yeni məlumatları səbrsizliklə gözləyirsiniz. Bu tədbirin 15-ci möhtəşəm ilinə hazır ol!


Bu günlərdə Azərbaycandan olan tələbə heyəti ilə görüş keçiriləcək ve tələbələrə daha ətraflı məlumat veriləcək.