"Burger King" kreativ agentliyi "Turner Duckworth Design"ın köməyiylə şirkəti yenidən markalandırdı. Qablaşdırmasının yalnız estetik görünüşdən əlavə daha dəyərli olmağını istəyən Burger King, işçilərinin məhsulları daha sürətli servis etmələrinə köməkçi olacaq bir dizayn hazırladı.



Məsələn, qablaşdırmanın üzərinə bir burger təsviri qoyularaq işçi heyətinin işini asanlaşdırdı. Yeni şüar olaraq istifadə olunan "Be Your Way" (İçindən gəldiyi kimi ol) isə müştəriləri özləri kimi olmağa təşviq edir.



Paket çantaların və qablaşdırma kağızların üzərində Burgerin içərisindəkini göstərən qırmızı, yaşıl, sarı və qəhvəyi zolaqlar da qeyd olunub. Digər əyləncəli dizayn isə içki qutularına edildi. Məsələn isti bir içki qutusunun üzərində zəngli saat, orta ölçülü içki növündə bir lampa, böyük ölçülü içki növündə isə şimşək işarəsi təsvir olunub.