ANS televiziyası bəzi reklam daşıyıcılarında aşağıda gördüyünüz formada tizer xarakterli mesajlar yayımlamağa başlayıb. Əsas mesaj "19 mayda ANS-i gözə gətirəcəyik" üzərinə qurulub. Məlumata görə yaxında televiziyanın rebrandinq edəcəyi gözlənilir. 19 may tarixində bu haqda dəqiq informasiya mətbuat konfransı vasitəsilə bütün ictimaiyyətə duyurulacaq. Çox güman ilk olaraq uzun illər gözümüzün alışdığı loqo dəyişdiriləcək. Eurovision ərəfəsi ictimai-sosial fəallıqdan istifadə baxımından ANS-in bu addımını uğurlu vaxt seçimi adlandlrmaq olar. Çünki kanal axır aylar İTV və Xəzər tv-ni sanki kənardan izləyir. ATV kanalında isə bir çox idarəçilərin dəyişdiyi və kanalın formatının dəyişilməsi barədə xəbərlər var. Ümidvarıq dəyişikliyin forma və mahiyyəti nə olursa-olsun son nəticə cəmiyyətin xeyrinə olacaq və kanallarımız daha gözəl və mənalı verilişlərə bizi tamaşaçı edə biləcəklər.