IKEA: Şirkətin təsisçisi Ingrav Kampradın adının baş hərfləri ilə, doğulub böyüdüyü ferma və kənd olan Elmtaryd and Agunnaryd'in baş hərflərindən yaradılmış bir addır










Canon: Orijinal adı "Kwanon" olaraq bilinən və Buddist bir ilahənin adından ilhamlanan şirkət, 1935-ci ildə adını Canon olaraq dəyişdirdi.





Lego: Şirkətin adı, Danimarka dilində iki söz olan "Leg got" digər bir sözlə "yaxşı oyunlar"ın birləşməsindən yaradılmışdır.





Sony: Latıncadan səs anlamını verən "sonus" kəlməsindən irəli gələn bu ad eyni zamanda küçə dilində "sonny boy" olaraq bilinən sözdən də ilhamlanır ki, bu söz 1950-ci illərdə "ağıllı, prezantabl gənc" olaraq qarşılıq tapır.





Yahoo: Markanın adı "Yet Another Hierarchical Officious Oracle"ın baş hərflərindən götürülmüşdür.





Pepsi: Orijinal adı Brad’s Drink olan Pepsi-Cola, indiki adını 1898-ci ildə "dyspepsia" kəlməsindən alır. Bu söz həzmsizlik mənasına gəlir və qurucu Caleb Bradhamın bu içkinin sağlam və həzmi asanlaşdırıcı bir içki olduğuna olan inancına söykənir.





Google: "Google" sözünün mənası 1 və yanında yüz ədəd sıfırdan ibarət rəqəmin riyazi adıdır.





Skype: "Sky Peer-To-Peer" olaraq yola çıxan marka adı, sonrasında "Skyper" oldu və ən sonunda "r" hərfinin də düşməsiylə marka bugünkü adını əldə etdi.





Amazon: Əlifba siyahısında başlarda yer ala bilməsi üçün marka adının "A" hərfi ilə başlamasını xüsusilə seçən Jeff Bezos bununla da kifayətlənməmiş, markanın gücünü əks etdirə biləcək bir ad olaraq dünyanın ən geniş çayının adını götürmüşdür.





Blackberry: Markanın 1999-cu ildə qoyulan adı, telefonun düymələrinin kiçik bir meyvə dənəsini xatırlatması səbəbindən seçilmişdir.





Virgin: Markanın adı, Richard Bransonun həmkarlarından birinin məşhur iddiasına söykənir: "Bizlər bu işdə tam bir bakirəyik".