Bu gün nəhayət Azərbaycanda və dünyanın bir çox ölkələrində maraqla izlənilən "KreAktiv" müsabiqəsi başa çatdı. Tədbirin mükafatlandırma mərasiminə ev sahibliyini isə Monolit Plaza edərək qonaqlara şən və pozitiv bir gecə bəxş etdi. Təbii ki, qonaqlar içində ilk öncə finala vəsiqə qazanan 7 nəfər daha həyəcanlı idi. Çünki onlardan 3 nəfəri ilk 3-lüyü bölüşdürəcəkdi. Bunlar Yaqub Mehdiyev, Röya İmanlı, Salatın Hüseynova, Musa Əfəndi, Fidan Seyidova, Fərid Musabəyov, Rüfət Kərimzadə, Ənvər Dadaşov idi.


Tədbirdə ilk öncə qonaqlara müsabiqə haqqında ətraflı məlumat verildi, jurilərdən olan Martin Nino Goldberq, Stefan Bök, Hugo Corredonun iştirakçılara olan ürək sözləri oxundu. Daha sonra giriş nitqini KSM Azərbaycanın rəhbəri Rəşad Camal edərək tədbirin keçirilmə zəruriyyəti, miqyası, prosedur qaydaları haqqında ətraflı məlumat verdi. Sponsorlardan Dəmir Bankdan Anar Hüseynov, İdeal parfum və kosmetika mağazaları şəbəkəsindən Rafiq Vəliyev, tədbirin informasiya dəstəyi olan Facemark nümayəndəsi yarışla bağlı öz fikirlərini bildirdilər. Sonda qonaqlara ümumi işlər bir daha təqdim olundu və ilk 3-lük hər kəsə elan edildi. Beləliklə,


1-ci yer: Musa Əfəndi



2-ci yer: Rüfət Kərimzadə


Dəmir Bank




İdeal parfum və kosmetika mağazaları şəbəkəsi




KSM Azərbaycan




3-cü yer: Fərid Musabəyov


Dəmirbank



İdeal parfum və kosmetika mağazaları şəbəkəsi




KSM Azərbaycan




Hər 3 qalibi bir daha təbrik edirik və proyektdə əməyi keçən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk. 2-ci tura vəsiqə qazanmış digər 4 nəfərin işlərinə isə bu link vasitəsilə baxa bilərsiniz : http://www.csraz.com/kreaktiv/sesverme/2merhele/


Növbəti yazıda qaliblərin mükafatlandırılma mərasimindən şəkilləri, video çəkilişi və qaliblərin sponsorların ofislərində qəbulundan olan görüntülərini Sizlərlə paylaşacağıq.