Boeing 747, Chanel No. 5, Jack Daniel’s kimi markalarda olan rəqəmlərin əslində nə anlama gəldiyini bilirsinizmi? Dünyaca məşhur markaların adlarında və ya marketinq sloganlarında yer alan rəqəmlərin hər birinin özünə məxsus hekayələri var. Chanel: Markanın banisi və moda sektorunda yeni bir əsr açan Coco Chanel, markası üçün ətir ustası Ernest Beaux tərəfindən istehsal olunan beşinci ətri seçdi və ətirin təqdimatını 1921-ci ilin 5-ci ayının 5-də reallaşdırdı.




Heinz: Heinz markasının yaradıcısı Henry Heinzin uğurlu rəqəmi 57 idi. Markanın qurucusu bu ədədin ona uğurlu gəldiyinə o qədər inanırdı ki, hətta 60 növ məhsulu bazara təqdim etdiklərində belə şüarlarını dəyişdirməyərək "57 növ məhsul" olaraq saxladı.





Boeing 747: Hər birimizin tanıdığı "Boeing 747"nin hekayəsi isə bu şəkildədir: 2-ci Dünya Müharibəsi sona çatdıqdan sonra hərbi təyyarə istehsalçı markası hər bir mühəndislik bölümünü fərqli bir ədədlə adlandırmağa başlayır. Turbin motorlu təyyarələr üçün 500, raket, reaktiv təyyarələri, mərmilər və sərnişin təyyarələri üçün 700 rəqəmini seçir. 747 isə markanın 47-ci model sərnişin təyyarəsi olduğunu təmsil edir.





Jack Daniel’s: Məşhur viski markası "Jack Daniel’s"in 7 rəqəmi haqqında isə bir çox fərziyələr var. Mövzuyla əlaqədar olaraq onun qapı nömrəsi 7 olan evdə oturduğu, 7 bacısı olduğu, ilk viskilərini 7 nömrəli qatarda daşıdığı kimi bir çox əfsanə mövcuddur.





3M: Scotch markasının "3M"i isə markanın adından qaynaqlanır. "Minnesota Mining Manufacturing Company" adlı markanın adı çox uzun və çətin tələffüz olunduğundan 3M olaraq xatırlanır.