İki aya yaxın davam edən KreAktiv adlı müsabiqənin finalı nəhayət ki,  baş tutdu. May ayının 16-da “Monolit Plaza” da keçirilən final mərasimində üç qalib elan olunub. 48 iştirakçıdan yalnız 8 iştitakçının gəlib çata bildiyi finalın açılışını, KreAktiv müsabiqəsini təşkil edən KSM Azərbaycanın rəhbəri Rəşad Camal edib.


Sponsorlardan “Dəmir Bank”ın marketinq direktoru  Anar Hüseynov, “İdeal” parfum və kosmetika mağazaları şəbəkəsinin marketinq direktoru Rafiq Vəliyev və KreAktiv tədbirinin informasiya dəstəkçisi olan “Facemark”ın nümayəndəsi yarışla bağlı öz fikirlərini bildirdilər.


Beləliklə, münsiflər heyətinin və onlayn səsvermənin nəticələrinə uyğun olaraq


1-ci yer:


Musa Əfəndi


2-ci yer:


Rüfət Kərimzadə


3-cü yer


Fərid Musabəyov


 


Xatırladaq ki, Korporativ Sosial Məsuliyyət (KSM) Azərbaycan“Creative Society” təşkil etdiyi müsabiqəyə mart ayının 29-da start verilib. Məqsədi bacarıqlı, gənc, qeyri peşəkar və kreativ gəncləri üzə çıxartmaq olan müsabiqə DəmirBank, İdeal perfumery&cosmetics sponsorluğu, Facemark informasiya və  KOKON agentliyinin dizayn dəstəyi ilə ərsəyə gəlib.


Üç mərhələdən ibarət olan müsabiqənin münsiflər heyətində yerli peşəkarlarla yanaşı dünya peçəkarları da yer alırdı..


Creative Society – Stefan Bock (Avstriya)
• BBDO – Hugo Corredor (Kolumbiya)
• Young and Rubicam – Martin Nino Goldberg (Argentina)
• KSM Azərbaycan – Rəşad Camal (Azərbaycan)
• Peşəkar Fotoqraf – Orxan Aslanov (Azərbaycan),
• Video Çarxlar üzrə mütəxəssis – Sarvan Qədirov (Azərbaycan)
• Dizayner – Samir Hüseynov (Azərbaycan)