May ayının 25-də Əziz Əliyev 4 ünvanındakı GUESS mağazasında brendin 30 illiyi ilə əlaqədar xanımlar üçün xüsusi kolleksiyanın təqdimatı keçiriləcək.

30 Sexy Years! - kolleksiya bu cür adlandırılır. Hər zaman qlamur, cazibədar və seksual obrazına sadiq olan GUESS, 30 il ərzində ən məşhur modellərini bu kolleksiyada birləşdirdi. Ən cazibədar Merilin cins və köynəyi, Klaudia Şiffer korseti və cinsi, retro eynəklər və eksklüziv saat kolleksiyanın favoritlərdəndir. 

30 illik kolleksiyanın təqdimatı məşhur model Klaudia Şifferə həvalə olunub. Qeyd edək ki, kolleksiya modelləri məhdud sayda və yalnız seçilmiş ölkələrdə təqdim ediləcək. Kolleksiyadan şoppinq edənə xüsusi 30 illik GUESS çantası hədiyyə olunacaq.