Azərbaycanın məşhur yerli parfum və kosmetika mağazaları şəbəkəsindən olan "İdeal" bu günlərdə facebook sosial şəbəkəsində fərqli bir yeniliyə imza atıb. Belə ki, bu gün şirkət öz facebook səhifəsində tezliklə "Ən Az Like" müsabiqəsinin keçiriləcəyini elan edib. Müsabiqəni facebookda keçirilən müsabiqələrdən fərqləndirən və bu səpkidə ilk edən nüans məhz qalibin ən çox "like" yığan deyil, ən az "like" yığan iştirakçı olacağı olub.


Şirkətdən aldığımız məlumata görə bu tip aksiyanın ideyası öncə keçirilən müsabiqələrdən alınan nəticə əsasında formalaşıb. Belə ki, bir çox şirkətlər öz facebook səhifələrində müxtəlif tipdə keçirdiyi müsabiqələrdə həmişə eyni cür dəyərləndirmə aparır. Yəni bu və ya digər iştirakçı yığdığı "like"lara görə qalib olub. Burada isə bir çox mənfi nüanslar ortaya çıxıb. Müsabiqədə iştirak edənlər çoxsaylı fake profillərdən istifadə edib. Hətta facebookda artıq fake profillərin "alqı-satqı bazarı" belə yaranıb. Bütün bunların səbəbi də ən çox LİKE yığmaq həvəsi olub. İdeal isə bu dəfə qalibi fərqli qiymətləndirmə ilə seçəcək. Yuxarıda dediyimiz kimi müsabiqədə iştirak edəcək namizədlərin müsabiqə şərtinə uyğun təqdim edəcəkləri şəkillərdən "ən az like" alanı qalib oalcaq. Bu halda isə iştirakçılar qalib olmaq üçün artıq digərlərindən və ümumiyyətlə imkanları daxilində olan bütün reklam vasitələrindən istifadə edərək özlərinə deyil, rəqiblərinə səs ("like") istəyəcəklər. İstənilən halda fərqli və insanlar arasında maraqla qarşılanacağı şübhəsizdir.


Müsabiqəni fərqli edən amillərdən biri də İdealın facebook səhifəsi ilə yanaşı, bu ideya üzərində işləyən və onu hazırlayan, əməyi keçən hər kəsin öz facebook profilində bunu fərqli şəkildə profil və örtük şəklində (cover photo) əks etdirməsi olub. Aşağıda nümunələri Sizə təqdim edirik.


İdeya: Rafiq Vəliyev


Dizayn: Qasım Eyvazlı