2015-ci ildə mobil datatrafiki 74% böyüyərək aylıq ortalama 3.7 exabyte oldu. 4G mobil bağlantıların həcmi ümdə faiz olsa da mobil datatrafikinin 47%-i məhz 4G mobil bağlantılarından gəldi. 3G mobil bağlantıların həcmi ümdə 34% olsa da mobil datatrafikinin 43%-i 3G mobil bağlantılardan gəldi. Qısaca bir 4G-yə bağlı cihazınistifadə etdiyi trafik, 2G/3G bağlantısı olan bir cihazdan ortalamada 6 dəfə çox oldu.



Dünyanın ən qabaqcıl operatorları artıq öz ənənəvi stansiyalarını 4G(LTE və LTE Adv.) stansiyaları ilə əvəz etməyə başladı. Azərbaycanda hər 3 operator (Nar, Azercell, Bakcell) 4G infrastruktur işlərinə davam edə-edə 4G datapaketlerənin reklamlarına başladı.



Ama unutduqları 2 nüans var idi: Qiymət və Əlavə Dəyərli Xidmətlər (ƏDX)



Operatorlar


1GB- üçün orta qiymət


Azercell


5 AZN


Bakcell


7 AZN


Nar


4 AZN


Avropa Ortalama


4 AZN



Azərbaycan alıcısı üçün 1GB-a ortalama 4AZN ödəmək çox yüksəkdir. Avropa ölkələrində ortalama nominal əmək haqqı 1.375 AZN olsa da Azərbaycanda 449.5 AZN-dir.





Məhz buna görə Azərbaycanda data istifadəçilərin bir çoxları mobil data yerinə hər yerdə pusluz Wi-fi axtarırlar. Wi-fi-nin bu qədər sürətlə əhatə dairəsini genişlətməsi və sosial ehtiyac olaraq görülüb dövlət tərəfindən ictimai yerlərdə yayğınlaşdırılması, operatorların mobil datatrafik gəlirlərinə böyük zərbələr endirəcək. Belə ki, dünyada mobil telefonlardan istifadə olunan trafikin 51%-i Wi-fi* (Fiber, ADSL və s.)və 49%-i 2G/3G/4G üzərindən ötürülür.



Operatorlar necə gəlirlərin artırmalıdır?



Ənənəvi səsli danışıq trafikinin gəlirlərinin hər il azala azala getməsi yerini messenengerlərə verməsi operatorların Biznes İnkişafı Departamentlərinin qara günlərini çoxdan gətiribdir. Təkcə WhatsAppın Mobil Operatorlara 26.3 milyard dollar zərər verdiyi hesablanmışdı. Ərəbistandakı kimi kimsə ölkədə WhatsAppı, Viberi bağlama yoluna getməyəcək. İnternetin azad olduğu və Avropa ölkəsi yolunda sürətli gedən Azərbaycan bunu etməsi mümkün görünmür.



OTT bağlanmasa batarıq nə edək bəs?



Ənənəvi əlavə dəyərli xidmətlər (ƏDX): qudok yerinə musiqi, anonim chat, bilinməyən nömrələr, mesaj servis abunəlikləri əvvəl ki gəlir trendini çoxdan itirib. Yeni ƏDX yaratmaq lazımdır. Dünyanın qabaqcıl operatorları M2M, İOT (Əşyaların interneti), Bulud Xidmətləri (Cloud) kimi məhsullarını çoxdan yaradıb müştərilərinə satmağa başlayıblar. 2015-ci ildə İOT 4.11 milyard dollar bazar yaradıb və 2020-yə qədər 13.49 milyard dollara yüksələcək. Bulud Bazarı isə 2015-də 106 milyard dollar gəlir gətirib və bu həcm 2020-ci ildə 300 milyard dollar olacaq.



Bulud Bazarı




Ən çox bazar payına sahib olub sürətli inkişaf edə bilən Bulud Xidmətləri mobil operatorlar üçün proriter ƏDX olmalıdır. Məsələn qonşu Türkiyədə ən böyük operatorlardan olan Türk Telekom bir çox bulud xidmətini (TT Müzik, Tivibu IPTV, Vitamin, Ailə və s) öz istifadəçilərinə satmağa başladı və ciddi gəlirlər əldə etdilər. Hətta Cristiano Ronaldo kimi dünya ulduzunu 4.5G (LTE-Advanced) reklamlarında oynatmağı bacardılar.



Mobil Operatorlarda Bulud Bazarı:



Bütün Mobil operatorların bulud xidmətlərinə maraqı olsa da bir Mobil Operator artıq ilk bulud xidmətlərini tanıdan reklam çarxını hazırlayıb. Nar digər rəqiblərindən daha sürətli davranaraq VPS, Office, Exchange kimi məhsullara vurğu edərək reklam edib. Amma təəssüf ki, saytlarında qiymətlər barədə heç bir məlumat yoxdur. CityNet-i satın alaraq fiber müştərilərinə yaradacağı ƏDX xidmətləri satmaq istəyən Nar-ın strategiyası düzgün görünür.



Gözləyək görək bulud bazarında Azercell və Bakcell nə edəcək.