30 may 2012, Bakı: Azərbaycanın aparıcı sığorta şirkəti “Qarant Sığorta”, AR Maliyyə Nazirliyi və İRƏLİ İB-nin birgə keçirdiyi “Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gələcək” layihəsinin may ayın 18-də rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə bir sıra dövlət rəsmiləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşları, İRƏLİ İB-nin əməkdaşları, Qarant Sığorta ASC-nin əməkdaşları iştirak etmişdirlər.
Layihəyə 2012-ci il fevralın 11-də Qəbələ rayonunda start verilib. İştirakçılara biznes, kommunikasiya, iqtisadiyyat, sığorta, natiqlik, liderlik, idarəetmə, informasiya texnologiyalarından düzgün istifadə kimi bir sıra praktiki təlimlər keçirilmiş. Eyni zamanda gənclər “Qarant Sığorta” şirkətində iş şəraiti və sığorta bazarı ilə yaxından tanış olublar.
“Bu günləri “Qarant Sığorta” şirkətinin dəstəyi və iştirakı ilə gənclər üçün nəzərdə tutulmuş növbəti iri layihə başa çatıb. Bu layihədə əsas məqsədimiz gənclər arasında sığorta ilə bağlı maarifləndirmə işinin aparılması, əhalinin sığorta mədəniyyətinin yüksəldilməsi, sığorta barədə insanların daha çox bilgiləndirilməsi, cəmiyyətin diqqətinin sığorta məsələlərinə çəkilməsi, sığorta işinin əhaliyə daha fərqli üsullarla çatdırılması olmuşdur. “Qarant Sığorta” şirkəti hər zaman gənclər ilə iş sahəsində, maarifləndirmə və təhsilə yönəlik layihələrə öz dəstəyini əsirgəməyib” – deyə şirkətin İdarə Heyətinin Sədri Fuad Allahverdiyev layihəni şərh edərkən bildirib.
Qeyd edək ki, mərasimdə “Qış Universitetində” qalib gəlmiş komandalara diplomlar, hədiyyələr təqdim olunmuş və layihə ilə bağlı çəkilmiş film nümayiş olunmuşdur.
“Qarant Sığorta” şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmət təklif edir.