Futbol dünyanın ən populyar və bəlkə də ən güclü idman növüdür; o,ümid verir və mədəniyyət körpüləri yaradır. 21-ci əsrdə futbol – sponsorluq, ticarət, televiziya haqqları və oyunçuların transferi (illik transfer 19 milyard yevro olaraq qiymətləndirilir) ilə bağlı ən mənfəətli sənaye sahəsinə çevrilib. Futbol böyük biznesdir və 17 il ərzində Soccerex futbolu sənaye sahəsi kimi inkişaf etdirməyə, öyrənmək, şəbəkə yaratmaq və biznes qurmaq üçün unikal platforma yaratmağs səy göstərmişdir.


Kompaniyanın tarixi


1995-ci ildə musiqi sənayesi üçün biznes tədbirinə qatılan Duncan Revie və onun xanımı Rita futbol sənayesi üçün eyni imkanın olduğunu müşahidə etdilər. Sonuncunun oğlu Duncan, böyük İngiltərə və Leeds United meneceri Don Revie futbolun kökləri ilə böyük qonaqpərvərlik təcrübəsini birləşdirdi və 1996-cı ilə Ritanın dəstəyi ilə ilk Soccerex Konvensiyasına ev sahibliyi edildi.


16 il, 5 qitə və 25 tədbirdən sonra, Soccerex qlobal futbol icması üçün biznes tədbirlərinin aparıcı təminatçısı kimi öz əsasını qoydu. Şirkətin tarixinin qısa xülasəsinə aşağıda diqqət edək.


1995 -Soccerex-in Duncan Revie və Rita Whelan tərəfindən əsası qoyuldu.


1996 - İlk Soccerex tədbiri futbolun vətəni olan Wembley stadionunda baş tutdu.


1997 - İlk ildəki uğuruna görə Soccerex növbəti il yenidən Wembley stadionuna qayıtdı.


1998 - UEFA-nın prezidenti Mişel Platini Stade de France, Parisdə Soccerex-in ilk tədbirini açdı.


1999 - Soccerex Los Angeles, Century Plaza Hotel-də keçirilən tədbirə ev sahibliyi edir.


2000 - Artıq tədbirlər həcminə və miqyasına görə böyüdükcə Old Trafford Soccerex-in növbəti məkanı olur. Manchester United və İngiltərə əfsanəsi Bobby Charlton nümayəndələri qarşılayır.


2001 - Növbəti 6 ildə tədbirləri Dubayda təşkil etmək üçün Soccerex Jumeirah Hotels & Resorts ilə işləməyə başlayır. Açılış mərasimi İngiltərə əfsanəsi Geoff Hurst tərəfindən açıldı və Gala Dinner ilə birlikdə Burj Al Arab otelinin qarşısında Dubay çimərliyində keçirildi.


2005 - Dubayda əsas tədbirə əlavə olaraq London, Institute of Directors-da kiçik Soccerex forumu keçirildi.


2007 - Dubayda 6 fantastik ildən sonra Soccerex Gauteng Provincial Government ilə razılaşma əldə etdi və Yohannesburqda keçirilən tədbirə ev sahibliyi etdi, 2010 FİFA dünya çempionatına rəhbərlik etdi. Soccerex-in London forumu Wembley stadionuna köçürüldü və 2009-ci ilə qədər burada keçirildi.


2008 - Orta Şərqdə əlaqələri qoruyub saxlamaq üçün Soccerex Dubay forumu təşkil edir.


2009 - Növbəti Dünya Çempionatına Brazilyada keçirilməsi ilə əlaqədar Soccerex Brazilya forumunu təşkil edir vəBraziliyada ilk tədbir 2014 FİFA Dünya Çempionatının əvvəlində keçiriləcək.


2010 - Soccerex öz pozisiyasını futbol biznesinin qlobal lideri olaraq daha da möhkəmləndirmək məqsədilə üç yeni brend tədbirinin keçiriləcəyini elan edir: Avropa forumu,Asiya forumu, Qlobal Konvensiya və Afrika forumu.




Xatırladaq ki, 2012-ci ilin 24-28 noyabrında Rio-de Janeyro şəhərində Qlobal Konvensiya, 23-24 oktyabr Durbanda Afrika forumu, 10-11 aprel Mançest şəhərində 2013 Avropa forumu, 27-28 sentyabr 2012-də Nigeriyada Lagos seminarı keçiriləcək.


Çox sevindirici haldır ki, Soccerex kimi mötəbər qurumun, futbol biznesi, futbol marketinqi üzrə dünyada məşhur bu şirkətin Azərbaycan üzrə media partnyoru, nümayəndəsi məhz Facemark oldu. Artıq bu qurumun ən son xəbərlərini eksklüziv olaraq Facemarkdan əldə edə bilərsiniz. Çox yaxında qurumun rəhbərinin Facemarka müsahibəsini də Sizlərə təqdim edəcəyik.


Sonda xatırladaq ki, Braziliyada keçiriləcək Soccerex sərgisinə Azərbaycandan “Bakı” futbol klubunun rəhbəri Hafiz Məmmədov da dəvət alıb. Azərbaycan nümayəndə heyəti ilə birlikdə Facemark da bu il həmin tədbirdə ölkəmizi təmsil edəcək.