Dünyadakı böyük şirkətlər A, B və O hərflərini loqolarında qaldırmağa başladı. İnsanların diqqətindən qaçmayan hərəkətin adı #MissingType – yəni, itkin hərf idi.



London mərkəzli PR agentliyi olan Engine Group, qan vermənin əhəmiyyətini vurğulamaq və qan vermə nisbətini artırmaq üçün məşhur markalar vasitəsilə diqqət çəkməyə çalışır.



Bu hərəkətə qatılanlar arasında Microsoft, Google, Tesco kimi markalarla yanaşı Amsterdam, Toronto kimi məşhur şəhərlər də vardı. Amsterdam məşhur "I Amsterdam" heykəlindəki “a” hərflərini bağlayarkən, Torontonun məşhur heykəlində “o” hərflərinin işıqları söndürüldü. Şəhərlər bu hərəkətə olan dəstəklərini sosial media səhifələrində də paylaşdılar.



Kampaniya 16 Avqust ilə 21 Avqust arasında 21 ölkədə davam etdi. Bu müddətdə 25 qan vermə cəmiyyəti birlikdə çalışdı.











Dünya Sağlamlıq Təşkilatı, gəlir səviyyəsi yüksək olan ölkələrdə hər 1000 adamdan yalnız 33-nün, orta gəlirli ölkədə hər 1000 adamdan yalnız 12-nin və aşağı gəlirli ölkələrdə hər 1000 adamdan yalnız 5-nin qan verdiyini söyləyir.


Araşdırmalar göstərir ki, son on ildə, qan vermə 30% azalmışdır. Bunun səbəbi, yalnız insanların qan vermək istəməmələri deyil, eyni zamanda uyğun donor seçkisində tətbiq olunan sərt qaydalardır. Bülə ki, beynəlxalq səyahətlər edən və döyməsi olan insanların qan verməsinə icazə yoxdur. Kampaniya eyni zamanda homoseksual fərdlərin qan verməsinə maneə törədildiyini də söyləyir.