Depositin şərtləri | |
---|---|
Əmanətin valyutası | AZN/USD/EUR |
Müddət | 1 aydan 60 ayadək |
Faizlərin ödənilməsi | Aylıq, müddətin sonunda |
Əmanətin ilkin məbləği | 100 AZN/USD/EUR |
Əmanətin maksimal məbləği | Məhdudiyyət yoxdur |
Faiz dərəcəsi | İllik 17,00%-dək İYULUN 31-DƏK HƏR YENİ DEPOZİTƏ BANKIMIZDAN 1% HƏDİYYƏ! İllik faiz dərəcələri |
Əmanətin azaldılması | İcazə verilir. Azaldılan məbləğin minimumu - 100 AZN/USD/EUR. |
Əmanətin vaxtından əvvəl çıxarılması |
Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır:Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: |
Əmanətin artırılması | Əmanətin müddətinin yarısından sonra artırılmasına icazə verilmir. Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə müqavilədə göstərilən faiz dərəcəsi tətbiq edilir. Artırılan məbləğin minimumu 100 AZN/USD/EUR |
Avtoprolongasiya | Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə faizlərin aylıq ödənilməsi şərtilə eyni müddətə uzadılır. Analoji məhsul olmadıqda, faiz dərəcələri Bankın xidmət tarifləri və şərtləri ilə tənzimlənir |
Əlavə üstünlüklər |
|
* Müştəri pulsuz hər hansı kart aldıqda və əlavə olaraq digər kart üçün müraciət etdikdə, əlavə kart qüvvədə olan komissiyalar tutulmaqla verilə bilər
**Avro ilə yerləşdirilmiş əmanətlər üzrə kredit xətti manatla ayrılır. Bu halda ayrılan kredit xəttinin məbləği Avro məbləğinin manatla qoyulduğu halda ayrılacaq limitin məbləği ilə bərabər kimi təyin edilir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə 2010-cu il iyun ayının 1-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək ( 30000 AZN qədər ) təyin edilir.